Menu
Geri İrəli

“Bəzən mənə elə gəlir ki, “Qarabağ” “Barselona”ya oxşayır” – İspan futbolçu

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2015 • Baxış sayı: 241 dəfə • Şərh yoxdur

k

Topaz Premyer Liqasının 9-cu turundan keçirilən “Sumqayıt” – “Qarabağ” (1:0) matçından sonra Ağdam təmsilçisinin ispan yarımmüdafiəçisi Markos Madera sportal.az-a müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- “Sumqayıt”a məğlubiyyət haqqında fikirləriniz necədir?

- Oyunun çətin olacağını gözləyirdik. Gözlədiyimiz kimi oyun oldu. Qol vurmağa cəhd etdik. İrəli çıxmağa çalışdıq, amma alınmadı. Önümüzdəki oyunlara baxacağıq.

- Hiss olunurdu ki, oyun zamanı cüzi həyəcan var idi. Komanda yoldaşlarınla anlaşmanda çətinliklər yaranır. Bu komandaya tam adaptasiya olmamağından irəli gəlir?

- Mənə elə gəlir ki, heç də həyəcanlı deyildim. Komanda yoldaşlarımla heç bir anlaşma problemim yoxdur. İkinci dəfə idi ki, komanda ilə oyuna çıxıram. Yavaş-yavaş istədiyim nəticəni əldə etməyə çalışıram.

- Özünü 90 dəqiqə oynamağa fiziki cəhətdən hazır hiss edirsənmi?

- Təbii ki, gəldiyim gündən sürətlə məşq edirəm. Əsas heyətdə yer almağa çalışıram. Amma baş məşqçimizin öz fikirləri var. Bu gün mənim üçün şanslı gün idi ki, start heyətində özümə yer tapa bildim. Çalışacağam ki, əsas heyətdə öz yerimi təmin edim.

- Dani Kintana “Qarabağ”a yeni gələndə, komandanın oyun sistemini “Barselona” sisteminə oxşadırdı. Bu fikirlə razısanmı?

-Kintananın fikirləri ilə qismən razıyam. Bəzən mənə də elə gəlir ki, “Qarabağ” “Barselona”ya oxşayır. Amma mən dəfələrlə “Barselona”ya qarşı oynamışam. Əminliklə deyə bilərəm ki, “Barselona”ya qarşı oynamaq çətindir.

-Bəs sənin üçün hansı sistem uyğundur?

-“Qarabağ”ın sistemi özünə uyğundur. Çünki öz sistemimizə uyğun oyunçularımız var. “Qarabağ”ın sistemində oynamaq olduqca çətindir. Çünki topu daha çox idarə etməlisən. Məndə hər gün çalışıram ki, bu sistemə uyğunlaşım və bu şəkildə davam edim.

-“Qarabağ”ın Avropa Liqasındakı şanslarını necə dəyərləndirirsən?

-Biz Avropa Liqasının ən çətin qrupunda yer almışıq. Şanslarımız davam edir və qarşıda oyunlarımız var. Qrupdan çıxmağa yaxınıq. Hamımız bunun üçün əlimizdən gələni etməyə çalışırıq.

-“Monako”nu Bakıda məğlub etmək olarmı?

-Düşünürəm ki, istənilən komandanı Bakıda məğlub etmək gücündəyik. Bunun üçün çalışmalıyıq. Gördüyümüz əziyyətli işin sonunda istənilən komandanı Bakıda məğlub edə bilərik.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın