Menu
Geri İrəli

“Borussiya” futbolçusunun “Qəbələ” haqda fikirləri

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2015 • Baxış sayı: 694 dəfə • Şərh yoxdur

jonas-hofmann-borussia-dortmund-10sf-VEX8

 

Almaniyanın “Borussiya”(Dortmund) klubunun futbolçusu Yonas Hofmann “Qəbələ” ilə oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” Hofmannın mətbuat konfransındakı sual-cavabını təqdim edir:

- Rәqib komanda haqqında nә deyә bilәrsiz?

- Yaxşı komandadır. Çempionatda 2-ci yerdә gedirlәr vә Avropa Liqasında 1 oyun uduzublar. Topa daha çox nәzarәt etmәyә çalışacağıq. Bir dә rәqibә standart vәziyyәtlәr vermәk olmaz. Bu mövqedә güclüdürlәr.

- Sabahkı oyunda yaxşı nәticә sizә nә qazandıracaq?

- Qәlәbә qazanmalıyıq. 3 xal bizә lazımdır. Baxmayaraq ki, keçirdiyimiz matçlarda son 20-30 dәqiqәni zәif çıxış edirik, sabah fәrqli olmağa çalışacağıq.

- Henrik Mxitaryan olmadığı üçün sabah әsas heyәtdә meydana çıxa bilәrsiz…

- “Borussiya” böyük klubdur. Hәr kәs burda oynamaq istәyәr. Mәn dә meydana çıxa bilәrәm. Çıxsam, әlimdәn gәlәni edәrәm.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın