Menu
Geri İrəli

Böyükağa Hacıyev Sumqayıtda məyus oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Fevral 2014 • Baxış sayı: 415 dəfə • Şərh yoxdur

boyukaga

Topaz Premyer Liqasının 23-cü turunda “Sumqayıt” doğma meydanda “Neftçi” ilə qarşılaşıb. ANS PRESS-in məlumatına görə, rəqibini 2-0 hesabı ilə məğlub edən “gənclik şəhəri”nin təmsilçiləri mövsümdə 2-ci qələbəsini qazanıb.

Oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçilər fikirlərini bildiriblər.

“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev sensasiyalı məğlubiyyətə görə, özünü günahlandırıb:

“0-2 hesabı ilə məğlub olduq. Günah məndədir, bir sıra səhvlərə yol verdim. Rəqibin “Simurq”la oyununu analiz etmişdim, “Neftçi”yə qarşı komandalar başqa cür köklənir. Qarşıda “Qarabağ”la keçiriəcəyimiz çox çətin oyun var. Müdafiədə buraxdığımız səhvlərdən qapımızda qol gördük. Bu oyunda gənclərə şans verdik”.

“Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov qarşılaşmadan və nəticəsindən razılığını bildirib: “Maraqlı oyun oldu. Komandaya və azarkeşlərə təşəkkür edirəm. Özüm də “Neftçi”də oynamışam, komandaya hörmətim var. Bu oyunda qələbə qazanmaq vacib idi. Çətin olacağını bilirdik, lakin qalib gələ bildik”.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın