Menu
Geri İrəli

Bu gün sumqayıtlı idmançı dünya çempionu ilə qarşılaşacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Dekabr 2015 • Baxış sayı: 461 dəfə • Şərh yoxdur

shhriyar333Bu gün Şəhriyar dünya çempionu ilə qarşılaşacaq.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Dohada keçirilən Qatar Masters Open turnirində liderlik edir.

Oxu.Az xəbər verir ki, 7-ci turda Məmmədyarov ağ fiqurlarla Hindistan təmsilçisi Şehara Qanquliyə qalib gəlib və 5,5 xalla turnir cədvəlində 1-ci yerə yüksəlib.

Norveçdən olan dünya çempionu Maqnus Karlsen və rusiyalı şahmatçı Sənan Sügirov da eyni xal toplayıblar.

Bu gün 8-ci turda Şəhriyar ağ fiqurlarla Karlsenə qarşı oynayacaq.

Diqqətəlayiq haldır ki, bu turnirdə şahmatçımız ağ fiqurlarla oynadığı bütün partiyalarda qalib gəlib. Qara fiqurlarla çıxış etdiyi hər üç qarşılaşmada Şəhriyar heç-heçə edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın