Menu
Geri İrəli

“Bunun ardını Bakıda gətirmək lazımdır” – “Qarabağ”a qol vuran futbolçu

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2015 • Baxış sayı: 205 dəfə • Şərh yoxdur

j

Dünən Avropa Liqasının qrup mərhələsi çərçivəsinin 3-cü turunda “Qarabağ” səfərdə “Monako” ilə qarşılaşıb.

Təmsilçimizin 0:1 hesabı ilə uduzduğu oyundan sonra rəqib komandanın futbolçusu və oyunda vurulan yeganə qolun müəllifi Lasina Traore yerli mətbuata açıqlama verib.

O, “Qarabağ”ın ilk hissədə daha çox topa sahib olmasından danışıb: “Bu uğurlu nəticədir və bizi qrup lideri etdi. Ümumiyyətlə oyun boyu, xüsusən də ilk hissədə rəqib özündə daha yaxşı top saxlayırdı. Əlimə bir fürsət düşdü və ondan yararlanıb qol vurdum. Qələbənin ardını Bakıda da gətirmək lazımdır. Ümumiyyətlə “Qarabağ” üzərində qələbə Avropa Liqası baxımından bizim üçün çox əhəmiyyətli idi. Qarşıdakı 3 matçdan da maksimum xallar yığmalıyıq. Ümid edirəm ki, lider kimi qrup mərhələsini başa vuracağıq”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın