Menu
Geri İrəli

“Bunun əhəmiyyəti yoxdur” – Dodo

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2015 • Baxış sayı: 209 dəfə • Şərh yoxdur

tuhel-tomas

Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilib. Təmsilçimiz “Qəbələ” evdə Dortmund “Borussiya”sına 1:3 hesabı ilə uduzub. “Bakcell Arena”dakı oyundan sonra “qırmızı-qarlar”ın kapitanı Dodo jurnalistlərə müsahibə verib:

- Rəqib Almaniyanın yox, dünyanın ən güclülərindən idi. Belə komandaya qarşı oynamaq daha çətindi. Biz əks-hücumda oynamağa çalışırdıq. İrəlidə topu itirdikdən sonra geri qayıtmağa məcbur olurduq. Belə olan halda çox güc sərf edirdik. Ona görə də təbii olaraq kökdən düşdük.

- Matçın əvvələrində yaranan imkanların birindən istifadə etsəydiz, belə sonluq ola bilərdimi?

- Əlbəttə, şanslardan istifadə edə bilsəydik, hər şey fərqli ola bilərdi. Həm psixoloji üstünlük bizdə olacaqdı, həm də meydanda daha rahat oyun sərgiləyəcəkdik. Fürsətləri əldən verdikdən sonra bunu kompensasiya edə bilmədik.

- Bu məğlubiyyətdən sonra “Qəbələ”nin mərhələni adlamaq şansının azaldığını düşünmək olarmı?

- Xeyr, heç nə bitməyib. Qarşıda 3 oyunumuz var. Xallar qazanıb, ardıcıl 2 məğlubiyyətin əvəzini çıxmalıyıq.

- Bu gün təsəlli qolunun müəllifi sən oldun…

- Bəli, qol vurdum. Bu, hər bir futbolçu üçün xoşdu. Vurduğum qolun bizə xal gətirmədiyini nəzərə alsaq, bunun elə də əhəmiyyəti yoxdu.

- Obameyanq bu qədərmi qarşısıalınmaz futbolçudu?

- Biz gənc komandayıq, təcrübəsizik. Obameyanqı saxlaya da bilərik, bu vaxtla bağlı bir şeydi. Bir vaxtlar heç qrup mərhələsində də iştirak etmirdik. Amma indi burdayıq. Hər şeyi zamanın gedişinə bağlamaq lazımdı.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın