Menu
Geri İrəli

“Çoxlu zənglər gəlir, amma şərhim yoxdur…”

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Oktyabr 2015 • Baxış sayı: 178 dəfə • Şərh yoxdur

7ff87c10822b1012be70d50cf1158039

Topaz Preyer Liqasının VIII turun qarşılaşmaları davam edir.

“Neftçi” evdə “Qəbələ”yə 0:1 hesabı ilə məğlub olub.

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionudakı matçdan sonra baş tutan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk qələbəni belə şərh edib:

“Futbolçulardan çox razıyam. Oyunçular sona qədər oynadılar və inandılar. İstənilən hesabla razılaşacaqdım. Tablodakı hesab sənin oyununun nəticəsidir. İlk hissədə çox sayda qol epizodlarımız oldu. Hesab böyük ola bilərdi, amma qollar vura bilmədik. İkinci hissədə bunu bacardıq. Futbolçulara təşəkkür edirəm”.

Təcrübəli mütəxəssis Adının Ukrayna millisi ilə yanaşı hallanmasına isə münasibət bildirməyib: “Son vaxtlar adımın Ukrayna yığması ilə hallanmasını oxuyuram. Mənə çoxlu zənglər gəlir. Mənim buna, sadəcə, şərhim yoxdur”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın