Menu
Geri İrəli

DÇ-2012-nin Sumqayıt gəncləri üçün təqdimatı keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 2 May 2012 • Baxış sayı: 301 dəfə • Şərh yoxdur
FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin nümayəndələri “Sumqayıt” Futbol Klubunun təşəbbüsü və “Sağlam Düşüncə” Gənclər Təşkilatının dəstəyi ilə Sumqayıt gəncləri ilə görüş keçirib. “Azərikimya” İstehsalat Birliyinin akt zalında baş tutan tədbirdə YTK-nın nümayəndələri Vüqar Rüstəmli və Nərmin Abbasova çempionatın ümumi tanıtımı və könüllülük proqramının təqdimatı, böyük futbol turnirinə hazırlıq çərçivəsində görülən işlər haqında məlumat verib. Tədbirdə iştirak edənlər həmçinin FIFA-nın dünya çempionatları, qadın futbolu, Azərbaycanda keçiriləcək çempionatın gedişatı, oyunların təşkil olunacağı stadionlar, rəsmi markalar, eləcə də 17 yaşadək qızlardan ibarət yığmamız barədə məlumat əldə ediblər. Görüşdə həmçinin dünya çempionatında gənclər üçün yaradılmış ən geniş imkanlardan biri olan Könüllülük Proqramı, könüllü olmağın xeyirləri, perspektivləri və proqramda iştirak şərtləri ilə bağlı ətraflı şəkildə məlumat verilib. Təqdimat zamanı YTK əməkdaşları tərəfindən ünvanlandırılan sualları cavablandıran Sumqayıt gəncləri dünya çempionatının rəsmi markalarını özündə əks etdirən müxtəlif növ hədiyyələrlə mükafatlandırılıb.
Tədbirdə “Sumqayıt” Futbol Klubunun prezidenti Kamran Quliyev, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, Şimal Regional Futbol Federasiyasının prezidenti Yaşar Şamilov ilə yanaşı Sumqayıt Şəhər Təhsil Şöbəsinin, “Sağlam Düşüncə” Gənclər Təşkilatının, YAP Sumqayıt Şəhər Təşkilatının və “Azərikimya” İB-nin nümayəndələri də iştirak ediblər.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın