Menu
Geri İrəli

Fərhad Vəliyev: “Sumqayıt” nə vaxta kimi güvənsə, oynayacam” – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2016 • Baxış sayı: 273 dəfə • Şərh yoxdur

ferhad2“Sumqayıt”ın futbolçusu Fərhad VəliyevinRekord.az-a müsahibəsi

- Oyunun bu cür axarı nəyin nəticəsi idi?

- Rəqibin iddalılar sırasında yer almasına baxmayaraq, qələbə qazanmaq üçün bura gəlmişdik.  Oyuna da yaxşı başladıq. Erkən qol vurduq, təəssüf ki, üstünlüyümüzü qoruya bilmədik. Fasiləyə qədər rəqib bərbərlik qolunu vurdu. İkinci hissədə isə onların daha 2 qol vurmasına mane ola bilmədik. Oyun planında bərabərsəviyyəli matç oldu. Hansısa komandanın aşkar üstünlüyü seçilmirdi. Sadəcə, bəsit səhvlərə yol verdik, nəticədə yenildik.
- Buraxılan qollardan hansı qapıçının “payı”na düşür?

- Əgər 3 qol buraxmışıqsa, bu, yaxşı hal deyil. Əlimdən gələn qədər kömək etməyə çalışdım. Amma yekunda 3 oldu.
- Xüsusilə də çıxışlarda aşkar səhvlərə yol verirdiniz?
- Havanın küləkli olması da məni yanıldırdı. Top havada olanda külək topun istiqamətini tez-tez dəyişirdi. Nəticədə, mən də yanılırdım.

- “Sumqayıt” Avropa Liqasına vəsiqə qazanmaq niyyətindədi. Əməllə niyyət üst-üstə düşürmü?
- Oyunlara 3 xal qazanmaq üçün çıxırıq. Avropa Liqasına kimin gedəcəyinə mövsümün sonunda aydınlıq gələcək. Biz, mümkün qədər maksimum xal toplamaq istəyirik. Amma buna nə dərəcədə nail olacağıq, mayda biləcəyik.

- “Qarabağ”da ehtiyatda keçirdiyinzi günlərin əziyyəti hələ hiss olunurmu?
- Tədricən uyğunlaşıram. İlk oyunlarda çətinlik aşkar hiss olunurdu. İndi uyğunlaşdığımı deyə bilərəm. Oyunumu da yavaş-yavaş qaydasına salıram. Hansısa xüsusi çətinliklə qarşılaşdığımı deyə bilmərəm.

- Ehtiyatdan baxmaq asandı, yoxsa qapıda dayanıb oyunu seyr etmək?
- Hiss olunur ki, neçə aylardı ehtiyatda qalmışam, oynamamışam. Əlbəttə, oynamaq yaxşıdı. “Sumqayıt” nə vaxta kimi güvənsə, oynayacam.

- “Qarabağ”da bu qədər gözləməyə sizi nə vadar edirdi? Niyə vaxtında başqa kluba keçməyə tələsmədiniz?
- Əlbəttə, mükün idi. Görünür, qismət bu vaxta imiş və indi baş verdi.

Nuh TARVERDİYEV

Facebook Şərhləndirmə:

Şərhinizi yazın