Menu
Geri İrəli

FİDE Mahir Məmmədova xüsusi mükafat təqdim edib FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Sentyabr 2016 • Baxış sayı: 431 dəfə • Şərh yoxdur

fideBakıda keçirilən FİDE-nin 87-ci Konqresinin iştirakçıları üçün ziyafət təşkil edilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən FİDE prezidenti Kirsan İlyumjinov 42-ci Ümumdünya Şahmat Olimpiadasının özəllikləri barədə danışıb: “Bakı Şahmat Olimpiadası artıq sona yaxınlaşır. Amma əminliklə söyləmək olar ki, yarış uzun müddət yaddaşlarda qalacaq. Olimpiadanın təşkil olunmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Azərbaycan hökumətinə, gənclər və idman naziri Azad Rəhimova, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmova çox sağ ol deyirəm.

Eyni zamanda Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin işini qeyd etməyə bilmərəm. 2016-cı ildə mütəmadi olaraq nümayəndələrimiz hazırlıqla tanış olmaq üçün Azərbaycana səfər ediblər. Hər zaman Əməliyyat Komitəsində gərgin iş olduğu barədə məlumat verirdilər. Bu gün həmin işin nəticəsini bütün dünya görür. FİDE adından Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin üzvlərinə, komitənin direktoru Mahir Məmmədova minnətdarlığımı bildirirəm”.

Çıxışının sonunda FİDE prezidenti Kirsan İlyumjinov Bakı Şahmat Olimpiadasının yüksək təşkilatçılığı və şahmatın inkişafındakı xidmətlərinə görə Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədova xüsusi mükafat təqdim edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın