Menu
Geri İrəli

Finalçılar məlum oldu: “Favorit” “Kimyaçı”ya qarşı

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Noyabr 2013 • Baxış sayı: 243 dəfə • Şərh yoxdur

Sumqayıtda Azərbaycan respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən “Top ustası” Futbol Festivalı layihəsi çərçivəsində keçirilən turnir davam edir. Layihə rəhbəri Vüsal Məmmədovun verdiyi məlumata görə, turnirin yarımfinal oyunları sona çatıb: “Ümumilikdə 8 komandanın qatıldığı turnirin yarım final oyunları bu həftə sona çatıb. Yarımfinal qarşılaşmalarında “Favorit” komandası  “Olimpik”i,  “Kimyaçı” isə “MinA” komandasını penalti seriyasında məğlub edib”.IMG_9879

Beləliklə, turnirin final oyununda “Favorit” və “Kimyaçı” ən güclünü müəyyən etmək üçün meydana çıxacaqlar. Final oyununda şəhərin ayrı-ayrı idarə və müəssisələrinin nümayəndələri, Azərbaycan milli yığma komandasının üzvlərinin və “Sumqayıt” Futbol Klubun un bir neçə futbolçusunun iştirakı gözlənilir.

Qeyd edək ki, festivalda gənclərin müstəqil olaraq formalaşdırdığı 8 komanda iştirak edir. Olimpiya sistemi üzrə keçiriləcək yarışlara 64 gənc aktiv iştirakçı kimi qatılacaq. Tədbirdə Gənclər Fondu tərəfindən bu cür layihələrin dəstəklənməsi gənclərin asudə vaxtının səmərəli keçirilməsi, eləcə də idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği baxımından olduqca təqdirəlayiq olduğu bildirilib.

 IMG-20131019-01704

Facebook Şərhləndirmə:

Şərhinizi yazın