Menu
Geri İrəli

Futbolçularımız xanımlara nə alıb? – SORĞU

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Mart 2014 • Baxış sayı: 301 dəfə • Şərh yoxdur

Hazırda kişilər arasında xanımlara alınacaq hədiyyələr son günlərin ən çox müzakirə alınan mövzularındandır. Bəs görəsən, ölkəmizin futbol adamları 8 mart bayramında ən çox hansı hədiyyələri almağa üstünlük verirlər və futbol adamlarının xanımlara bağışladığı ən bahalı hədiyyə nə olub? 

Bunu müəyyənləşdirmək üçün ölkəmizin futbol arenasında olan bəzi məşqçi və futbolçular arasında sorğu keçirdik.

Samir Əliyev (“Neftçi” klubunun məşqçisi): 

- Bu sualı məndən yaşca cavan futbol adamlarına ünvanlasanız, daha yaxşı olar. Onlar bu sualı daha həvəslə cavablandırarlar. Mən təkcə onu deyə bilərəm ki, qadınlar bayramında indiyə qədər bağışladığım ən bahalı hədiyyə təkqaşlı qız üzük olub. Amma onun qiymətini açıqlamaq istəmirəm.

Ramil Əliyev (“Rəvan” klubunun məşqçisi): 

- Məncə, əsas olan diqqət göstərməkdir. Bu baxımdan alınan hədiyyənin qiymətinin o qədər də önəmi yoxdur. Mənim aldığım hədiyyəyə gəlincə, 8 martda ən bahalı hədiyyəni anama almışam ki, onun da qiyməti təxminən 150 manat olardı.

Elmar Baxşıyev (“Qəbələ” klubunun üzvü): 

- Məncə, hədiyyənin qiymətinin ciddi fərqi yoxdur. Fikirimcə, hər bir hədiyyə diqqətə görə bahalıdır. 8 martda ən bahalı hədiyyəni isə həyat yoldaşıma etmişəm ki, bunun da qiyməti 100 manat idi.

Elhad Nəziri (“İnter”in müdafiəçisi): 

- Beynəlxalq qadınılar günündə ən bahalı hədiyyəni anama almışam. Anama hədiyyə etdiyim zinət əşyasının qiyməti isə 6800 manat olmuşdu.

Fərrux Kərimov (“Lixtenrader BC” klubunun yarımmüdafiəçisi): 

- Yenə ailə qurduğumdan qarşıdan gələn qadınlar bayramı həyat yoldaşımla keçirəcəyim ilk bayram olacaq. Buna qədər isə 8 martda anama hədiyyələr almışam. Ən bahalı hədiyyə isə gül və qol saatı idi. Qiymətinə gəlincə, o vaxt buna 200 manat xərcləmişdim.

Tərlan Quliyev (“Neftçi”nin müdafiəçisi): 

- Düzü, mən heç vaxt kimisə sevməmişəm. Bu üzdən 8 martla bağlı olan bütün hədiyyələri anama almışam. Ən bahalı hədiyyə isə ətir olmuşdu ki, onun da qiyməti 150 manata bərabər idi.

İlqar Nəbiyev (Türkiyənin “Tavşanlı Linyitspor” klubunun üzvü): 

- İndiyə qədərki ən bahalı hədiyyəni xalamın qızına almışam. Mən “Kayseri Ərciyesspor”da çıxış edəndə ona təxminən 80 manata kitab hədiyyə etmişdim.

Amil Ağacanov (“Simurq” komandasının qapııçısı): 

- Qadınlar bayramında hədiyyə etdiyim ən bahalı əşya `iPhone 5` telefonu olub ki, onun da qiyməti həmin vaxt 750 manat idi. Mən həmin hədiyyəni sevdiyim qıza almışdım.

Emin Mustafayev (Türkiyənin “Karsspor” klubunun yarımmüdafiəçisi):

- Açığı, mən bu bayramın əleyhinəyəm, çünki həyatımızın mənası olan qadınları hər zaman sevindirmək, onlara dəyər verdiyimizi göstərmək borcumuzdur. Məncə, hədiyyənin böyük və ya kiçik olmasının da fərqi yoxdur. Mənim aldığım ən bahalı hədiyyəyə gəlincə, qiyməti dəqiq yadımda olmasa da, anama ayaqqabı aldığım yadımdadır.

Tural Məmmədov
AzVision.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın