Menu
Geri İrəli

Güləşçimiz erməni rəqibinə aman vermədi

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Mart 2016 • Baxış sayı: 395 dəfə • Şərh yoxdur

trend_gulesh_haci_aliyev_180615__(4)Bu gün Latviyanın paytaxtı Riqada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan idmançısı Hacı Əliyev bürünc medal uğrunda döyüşə çıxıb.

Trend-in məlumatına görə, erməni idmançı Valodya Franqulyanla güləşən H.Əliyev rəqibinə aman verməyib – 7:0.

Beləliklə, güləşçilərimiz Avropa çempionatında aktivlərinə daha bir medal yazdırıblar.

Qeyd edək ki, yığmamızın üzvləri iki yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç isə bürünc medal qazanıb. Bu gün daha bir təmsilçimiz Cəbrayıl Həsənov final görüşündə qızıl uğrunda mübarizə aparacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın