Menu
Geri İrəli

Həbsdən çıxan futbolç Sumqayıtda meydana çıxa bilər!

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Oktyabr 2016 • Baxış sayı: 312 dəfə • Şərh yoxdur

cavid3Oktyabrın 25-də “Sumqayıt”ın qonağı olacaq “Qəbələ” çətin vəziyyətdi. Belə ki, “qara-qırmızılar” səfər oyununa çıxarmaq üçün optimal heyət qura bilmir.

Futbolinfo.az xəbər verir ki, xeyli futbolçusu zədədən əziyyət çəkən baş məşqçi Roman Qriqorçuk matçda kimlərə güvənəcəyini müəyyənləşdirə bilmir. Xüsusilə yarımmüdafiə xəttində ciddi problemlər var. Rəşad Sadiqov və Nika Kvekveskirinin sıradan çıxması azmış kimi, Elvin Camalov da əzələ dartılması üzərindən kənarda qalacaq. “Sent-Etyen”lə oyundan sonra isə Teo Uiksin problemləri ortaya çıxıb: liberiyalının durumua sabah aydınlıq gələcək.

Hücum xəttində də ciddi problem var. “İnter”lə oyunda zədənərək 3 həftəlik sıradan çıxan Baqali Daboya Sergey Zenyov da qoşulub. Fransadakı Avroliqa matçında zədələnib əvəzlənməsini istəyən estoniyalı, çox güman ki, “Sumqayıt”a qarşı oynamayacaq.

6 futbolçusunun bu turda oynamayacağı dəqiq olan “Qəbələ”də xoş xəbər də var. Bir neçə gün öncə həbsdən çıxaraq, klubu ilə yeni müqavilə bağlayan Cavid Hüseynov oynayacaq durumdadı. Artıq komanda ilə məşqlərə başlayan yarımmüdafiəçi, məşqçi icazə verəcəyi halda, Sumqayıtda meydana çıxacaq. Fiziki durumu Qriqorçuku qane edən futbolçunun sabah Peşəkar Futbol Liqasında çempionat üçün sifariş ediləcəyi gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın