Menu
Geri İrəli

“Hər şeyi olduğu kimi deyəcəm” – Platini

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2015 • Baxış sayı: 226 dəfə • Şərh yoxdur

k

Bu ilin əvvəllərində FİFA-da baş qaldıran korrupsiya qalmaqalı bitmək bilmir. Ali futbol orqanında yaşananlar qitənin eyni səviyyəli futbol qurumu olan UEFA-dan da yan keçmədi.

FİFA-dan, daha doğrusu prezident Yozef Blatterdən heç bir rəsmi müqavilə olmadan 2 milyon İsveçrə frankı aldığı üçün ali futbol qurumunun Etika Komitəsinin qərarına əsasən, 90 gün müddətinə futboldan uzaqlaşdırılan Mişel Platini məsələyə aydınlıq gətirib. Maliyyə fırıldağında və rüşvət almaqda şübhəli bilinən futbol funksioneri Fransanın “Le Monde” nəşrinə müsahibə verib. Futbolpress.az-a istinadən həmin müsahibəni təqdim edirik:

- Necə oldu ki, FİFA prezidenti Yozef Blatter 2011-ci ildə, əvvəlki iş yerinizdən ayrılandan 9 il sonra heç bir müqavilə olmadan sizə 2 milyon isveçrə frankı ödədi?

- Tarix insana qəribə görünə bilər, lakin mən hər şeyi olduğu kimi deyəcəm. Mən DÇ-1998-in Təşkilat Komitəsinin prezidenti idim. Həmin il Yozef Blatter FİFA-nın prezident seçkilərində namizəd idi. O, seçkilər ərəfəsində məni öz kabinetinə çağırdı, müşaviri olmağı təklif elədi və nə qədər maaş istədiyimi soruşdu. Mən də cavab verdim ki, 1 milyon. Blatter hiddətləndi: “Nə? 1 milyon nə? Rubl, lirə, ya dollar? Yaxşı, qoy ilik maaş bir milyon isveçrə frankı olsun”. Təklif mənə cəlbedici gəldi və razılaşdım.

- Blatterin bu sözünə inandız? Siz ya çox təkəbbürlü adamsız, ya da çox saymazyana davranmısınız…

- Blatter mənə kişi kimi söz vermişdi. Axı o FİFA prezidenti seçildi. Anlayırsız, FİFA-nın rəhbəri?! Mən ona inandım. İstənilən halda mən belə başa düşmüşdüm ki, İsveçrə qanunvericiliyinə əsasən şifahi müqavilə yazılı müraciətə bərabərdir. Hər halda, o, FİFA rəhbəri seçildi, mən isə sentyabrda yeni vəzifəmdə fəaliyyətə başladım.

- Hansı fəaliyyətinizə görə bu qədər məvacib almalıydız?

- Mən təqvim islahatları üzərində işləyirdim. Eləcə də dünyanın yoxsul futbol federasiyalarına FİFA-nın yardım və dəstək layihəsini həyata keçirirdim. Qısası, mən həqiqətən çox çalışmışam. Bir çox insanlar bunu təsdiqləyə bilər. Amma indi baş verənlərə görə utanıram.

- Lakin bütün bunlar 1998-2002-ci illərdə gördüyünüz işlərdən 9 il keçməsinə baxmayaraq Blatterin niyə sizə 2 milyon frank ödədiyini izah eləmir…

- İlk bir neçə ay işlədim, lakin maaş haqda xəbər almadım. Bir müddət sonra isə bu haqda Blatterdən soruşdum və o mənə belə cavab verdi: “Əgər FİFA-nın baş katibi 300 min frank alırsa, mən sizə bir milyon verə bilmərəm. Biz sənə belə müqavilə təklif edəcəyik, məvacibin qalanını isə sonradan üstünə qoyarıq”. Və bu, belə də oldu, sonradan haqqımı aldım.

- Və siz 9 il gözləyib sonradan Blatterdən borcunuzu istədiz? Bu qədər gözləməkdə məqsədiniz nə idi?

- Mən 2002-ci ilin iyununda fəaliyyətimi dayandırdım. Hansı ki, həmin vaxt FİFA-nın İcraiyyə Komitəsinə üzv oldum. Bəli, 9 il gözlədim, çünki həmin müddətdə pula ehtiyacım yox idi. Ayrı heç bir məqəsədim olmayıb. Bilirsiz, mən 17 yaşımdan pul qazanmağa başlamışam. Mən heç bilmirdim ki, futbolda pul qazanmaq olar. Yadımdadı, riyaziyyat müəllimi olan atam həmin vaxt oynadığım “Nansi” klubunun rəhbərliyindən soruşmuşdu: “Oğlum futbol oynadığı üçün ona pul verəcəksiz?” İnanın, mənim heç vaxt maliyyə ehtiyacım olmayıb.

- Qısası, pulunuz necə oldu?

- FİFA-nın maliyyə idarietmə şöbəsindən xahiş elədim ki, Yozef Blatterin mənə olan borcu haqda ona müraciət ünvanlasın. O, işlədiyim hər ilimə 500 min frank ödəməliydi. 4 ilik fəaliyyətimə görə, 2 milyon borcumu aldım. Bu məbləğin vergisini də vicdanla ödədim.

- İsveçrə məhkəməsi 2022-ci il dünya çempionatının keçirilməsi üçün səsvermədən və bununçün rüşvət aldığınızdan şübhələnir. Qətərə verdiyiniz səs üçün peşman deyilsiz ki?

- Yox. Həqiqətən, mən Qətərə ona görə səs verdim ki, dünya Kubokunun orda – futbolun inkişaf elədiyi, amma belə mötəbər turnirin heç vaxt keçirilmədiyi yerdə təşkil olunmasını istəyirdim.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın