Menu
Geri İrəli

Hollandiya – Argentina: 2-4

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyul 2014 • Baxış sayı: 331 dəfə • Şərh yoxdur

dunya cempionatiBu gecə Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatının digər finalçısının adı məlum olub.

ANS PRESS-in məlumatına görə, yarımfinal matçında Argentina və Hollandiya milliləri üz-üzə gəlib.

Oyunun əsas və əlavə olunmuş vaxtı qolsuz bərabərliklə başa çatıb. Bundan sonra matçın baş hakimi, türkiyəli Cüneyt Çakır penaltilər seriyası təyin edib. Argentinalıların qapıçısı Romero hollandların iki zərbəsini geri qaytarıb. Cənubi Amerika komandası isə bütün zərbələri dəqiq yerinə yetirib. Beləliklə, penaltilər seriyasında 4:2 hesabı ilə qələbə qazanan Argentina 24 il sonra yenidən dünya çempionatının finalına yüksəlib.

Qeyd edək ki, ilk finalçı dünən gecə bəlli olub. Almaniya yığması Braziliyanı onun doğma meydanında 7-1 hesabı ilə darmadağın edib.

Qollar: Müller, 11 (0:1), Kloze,23 (0:2), Kros, 24 (0:3), 26 (0:4), Xedira, 29 (0:5), Şürle, 69 (0:6), 78 (0:7), Oskar, 90 (1:7)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın