Menu
Geri İrəli

Hollandiya DÇ-2018-dən kənarda qaldı – Gecənin nəticələri

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Oktyabr 2017 • Baxış sayı: 282 dəfə • Şərh yoxdur
Share Button

nintchdbpict000359409804DÇ-2018-in Avropa üzrə seçmə mərhələsində qrup oyunları yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, qrup mərhələsinin son matçları A, B və H qrupunda keçirilib.

Keçirilən 9 matçdan sonra Fransa və Portuqaliya komandaları mundiala birbaşa vəsiqə qazanıblar. H qrupunun lideri Belçika isə vəsiqəni daha öncə təmin etmişdi.

İsveç, İsveçrə və Yunanıstan isə qrupda ikinci yer tutublar və pley-off mərhələsinə yüksəliblər.

Bununla da pley-offda mübarizə aparacaq 8 komandanın adı da dəqiqləşib. Bunlar İsveçrə, İtaliya, Danimarka, Xorvatiya, İsveç, Şimali İrlandiya, Yunanıstan və İrlandiya yığmalarıdır.

Bu gecənin ən dramatik matçlarından biri Portuqaliya və İsveçrə arasında olub. Belə ki, keçirdiyi 9 oyunda da qələbə qazanan İsveçrə, son matçda məğlub olaraq liderliyi əldən verib və mundiala birbaşa yollanmaq şansını itirib.

Bundan başqa, Hollandiya millisi qələbə qazanaraq xalını 2-ci yerdəki İsveçlə bərabərləşdirməsinə baxmayaraq, top fərqinə görə mundialdan kənarda qalıb.

Nəticələri təqdim edirik:

A qrupu

Hollandiya – İsveç – 2:0

Qollar: Robben, 15 (pen.), 40

Fransa – Belarus – 2:1

Qollar: Qrizmann, 27; Jiru, 33 – Saroka, 44

Lüksemburq – Bolqarıstan – 1:1

Qollar: Till, 3 – Çoçev, 68

 

B qrupu

Portuqaliya – İsveçrə – 2:0

Qollar: Curu, 41 (avtoqol); Andre Silva, 57

Macarıstan – Farer adaları – 1:0

Qol: Bode, 81

Latviya – Andorra – 4:0

Qollar: İkaunieks, 11; Sabala, 19, 59; Tarasovs, 63

 

H qrupu

Yunanıstan – Cəbəllütariq – 4:0

Qollar: Torosidis, 32; Mitroğlu, 61, 63; Canniotas, 78

Estoniya – Bosniya və Herseqovina – 1:2

Qollar: Antonov, 75 – Hayroviç, 48, 84

Belçika – Kipr – 4:0

Qollar: Azar, 12, 52, 62 (pen.); Lukaku, 78

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın