Menu
Geri İrəli

İbrahim Şehiç milli komandaya çağırıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2015 • Baxış sayı: 259 dəfə • Şərh yoxdur

se

“Qarabağ”ın futbolçusu İbrahim Şehiç Bosniya və Herseqovina millisinə çağırılıb. 27 yaşlı qapıçı AVRO-2016-nın pley-off mərhələsinin İrlandiya ilə qarşılaşmalarına dəvət alıb.

Balkan təmsilçisinin baş məşqçisi Mehmed Bajdareviç Şehiçi gələn ay keçiriləcək qarşılaşmalarda sərəncamında görmək istəyib. Bosniya və Herseqovina millisi ayın 13-də evdə, 3 gün sonra səfərdə mübarizə aparacaq.

Qeyd edək ki, Şehiç seçmə mərhələnin oyunlarına çağırılsa da, meydana çıxmayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın