Menu
Geri İrəli

İdman Dırmanması üzrə Dünya Kuboku yarışı sona çatıb

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 5 May 2014 • Baxış sayı: 270 dəfə • Şərh yoxdur

 

Bakıda keçirilən İdman Dırmanması üzrə Dünya Kuboku yarışı başa çatıb.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) mətbuat xidmətindən verilən məlumata görə, mayın 3-də Dövlət Bayrağı Meydanında kişi və qadın atletlərin sürət və boulderinq üzrə təsnifat yarışları, mayın 4-də isə yarımfinal və final mərhələləri ilə keçirilib.

Dünyanın 22 ölkəsindən 150 idmançının iştirak etdiyi Dünya Kubokunda I, II və III yerləri tutanlara Beynəlxalq İdman Dırmanması Federasiyası (IFSC) tərəfindən medallar, FAIREX tərəfindən isə pul mükafatı və qiymətli hədiyyələr təqdim olunub.

Beynəlxalq İdman Dırmanması Federasiyasının (IFSC) rəsmisi Qremi Alderson yarış iştirakçılarını təbrik edib və yarış təşkilatçılarına təşəkkürünü çatdırıb.

FAIREX-in I vitse-prezidenti Firdovsi Əliyev isə Azərbaycan dövlətinin, o cümlədən dövlət başçısının idmana göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində ölkəmizin idman şöhrətinin dünyada daim yüksəldiyini bildirib.

Dünya kuboku yarışlarının bağlanış mərasimi bədii hissə ilə davam edib.

İdman Dırmanması üzrə Dünya Kuboku yarışlarının nəticələri

Kişi atletlərin sürət üzrə final mərhələsinin nəticələri:

1. Danylo Boldyrev (Ukrayna)

2. Yevgeniy Vaitcekhovsk (Rusiya)

3. Qixn Zhong (Çin)

Qadın atletlərin sürət üzrə final mərhələsinin nəticələri:

1.  Mariya Krasavina (Rusiya)

2. Yuliya Kaplina (Rusiya)

3. Anouck Jaubert (Fransa)

Kişi atletlərin boulderinq üzrə final mərhələsinin nəticələri:

1. Dmitriy Sharafutdinov (Rusiya)

2. Jan Hojer (Almaniya)

3. Rüstəm Gelmanov (Rusiya)

Qadın atletlərin boulderinq üzrə final mərhələsinin nəticələri:

1. Anna Stöhr (Avstriya)

2. Akiyo Noguchi (Yaponiya)

3. Shauna Coxsey (İngiltərə)

Xatırladaq ki, Bakıda ikinci dəfə keçirilən İdman Dırmanması üzrə Dünya Kuboku yarışı FAİREX və İFSC birgə təşkilatçılığı ilə baş tutub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın