Menu
Geri İrəli

İdmançımız bürünc medal qazandı – Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2015 • Baxış sayı: 216 dəfə • Şərh yoxdur

20151025084231-2

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən gənc cüdoçular arasında dünya çempionatında Azərbaycan milli komandası daha bir medala sahib olub.

90 kq çəki dərəcəsində yarışan cüdoçumuz Firudin Dadaşov mundialda yalnız bir görüşdə məğlub olaraq bürünc medal qazanıb.

Start görüşündə Yeni-Zelandiya təmsilçisi Mettyu Roulini məğlub edən Dadaşov daha sonra Tacikistan idmançısı Səlim Faruxiyə qalib gəlib. 1/4 finalda almaniyalı David Tekiçə uduzan cüdoçumuz bürünc medal uğrunda təsəlliverici görüşə qatılıb. Burada Polşa nümayəndəsi Rafal Kozlovskiyə “ippon” – təmiz qələbə ilə qalib gələn Firudin Dadşov 3-cü yer uğrunda görüşdə rusiyalı Mixayil İqolnikovu udub. Beləliklə, Azərbaycan cüdoçusu Firudin Dadaşov dünya birinciliyinin bürünc medalını qazanıb.

Qeyd edək ki, gənclər arasında dünya birinciliyində mübarizə aparan milli komandamızın aktivində 2 bürünc medal var. 66 kq çəkidə yarışan Hidayət Heydərov da mündialda 3-cü yeri tutmuşdu.

1 (1) 2

Facebook Şərhləndirmə:

Şərhinizi yazın