Menu
Geri İrəli

İlham Zəkiyev 6 qat Avropa çempionu oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Noyabr 2015 • Baxış sayı: 447 dəfə • Şərh yoxdur
Share Button

ilham zekiyevDörd cüdoçumuz Rioya Paralimpiyaya lisenziya qazandı.

Portuqaliyada paralimpiyaçılar arasında cüdo üzrə Avropa çempionatı start götürüb.

Oxu.Az xəbər verir ki, yarışların birinci günündə Azərbaycanın dörd idmançısı medal qazanıb.

Məşhur cüdoçumuz İlham Zəkiyev qızıl medal qazanaraq 6 qat Avropa çempionu olub.

Bayram Mustafayev qızıl medal, Ramin İbrahimov gümüş medal, Kənan Abdulxanlı isə bürünc medal qazanıb.

İdmançılarımızın dördü də Rio-de-Janeyroda keçiriləcək Paralimpiyaya lisenziya qazanıb.

Şənbə günü tatamiyə daha beş paralimpiyaçı çıxacaq.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın