Menu
Geri İrəli

“İstefa ərizəmi yazacam…” – “Neftçi”nin baş məşqçisi

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Oktyabr 2015 • Baxış sayı: 244 dəfə • Şərh yoxdur

samireliyev-691

Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilən “Neftçi” – “Qəbələ” matçı ev sahibinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında “Neftçi”nin baş məşqçisi jurnalistlərin qarşısına keçib və maraqlı açıqlamalar verib:

“Komanda pis oynamadı, amma problemlərimiz var idi. Rəqib əvəzetmələrlə oyunu gücləndirdi. Yenə də sonuncu dəqiqə qolu ilə məğlub olduq… Hər məşqçi əlinin altında iki eyni səviyyəli heyətin olmasını istər. Təəssüf ki, bizdə bu yoxdu. Bundan başqa zədəlilərimiz var. Ardıcıl iki məğlubiyyətdən sonra, məsuliyyəti öz üzərimə götürürəm. İstefa ərizəmi yazacam”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın