Menu
Geri İrəli

İtaliyada cox maraqlı bir derbi – Video

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Noyabr 2013 • Baxış sayı: 249 dəfə • Şərh yoxdur

derbiNoyabrın 10-u İtaliya 3. Liqində Salernitana ilə Nokerina arasındakı derbi son dərəcə maraqlı görüntülərə səhnə oldu. Hələ ikinci dəqiqədə 3 ehtiyat futbolçusunu meydana buraxan və oyunçu dəyişikliyini tamamlayan Nokerinada 5 oyunçu zədələndiklərini irəli sürərək oyunu tərk etdi və qarşılaşma təxirə salındı
Qarşılaşmada dəqiqələr irəlilədikcə Nokerina forması geyinən oyunçular qəribə bir şəkildə zədələnməyə başladılar və oyundan çıxdılar. Saniyəölçən 20-ci dəqiqəni göstərdikdə zədələnən 5-ci Nocerinalı futbolçu meydanı tərk etmək məcburiyyətində qalanda hakim oyunu təxirə saldı.
Qarşılaşmanın ardından açıklamalarda Nocerinanın İdman Direktoru Luigi Pavarese oyunçuların zədələnmələrinin səbəbini oyun öncəsi isinmə hərəkətlərini yaxşı etmədiklərilə bağladı. Klubun idarə heyəti istefa qərarı aldı. İtaliya Futbol Federasiyası matçla əlaqədar olaraq geniş ölçülü istintaq başladıldığını açıqlayıb.

Orxan Rəhmanoğlu

Facebook Şərhləndirmə:

Şərhinizi yazın