Menu
Geri İrəli

Jurnalist sumqayıtlı futbolçunu axmaq kimi təqdim edib

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Oktyabr 2013 • Baxış sayı: 227 dəfə • Şərh yoxdur

Ölkənin idman mediasının flaqmanı sayılan “Futbol+” qəzeti son sayında – 05-06 oktyabr, 2013-cü il buraxılışında “Sumqayıt”-”İnter” qarşılaşmasından reportaj hazırlayıb.

“”Sumqayıt” çabalayır, “bankirlər” özünə gəlir” sərlövhəli materialda Ruslan Qurbanovun ünvanına jurnalist etikası və jurnalistlərin peşə kodeksinə zidd olaraq subyektiv mövqe qabarıq şəkildə ortaya qoyulub və futbolçu təhqir olunub. Ev sahibinin 0-2 hesabı ilə məğlub olduğu qarşılaşmadan materialı qəzetin Rəşad adlı əməkdaşı təqdim edib. Yazıda futbolçu “axmaq” kimi təqdim olunub. Sitat: “”Oyunun “qırılma nöqtəsi” isə Ruslanın meydandan qovulması oldu. O heç nədən, necə deyərlər, düz yerdə rəqib futbolçunun ayağını tapdaladı. Halbuki buna ehtiyac yox idi. Çünki ilk yarıda hakimin qərarına etiraz etdiyinə görə aldığı sarı vərəqə onu ehtiyatlı oynamağa məcbur edirdi. Ancaq o heç nəyi düşünmədən axmaqlığı üzündən artıq neçənci dəfədir özünü və komandasını pis vəziyyətdə qoyur. Görəsən, premyer liqa oyunlarında heç nə ilə yadda qalmayan futbolçunu yığmaya çağırmaq və onun statusunu böyütmək kimlərin marağındadır?!”
Doğrudur, adıçəkilən futbolçunun çıxışı onun yığmaya çağırılmasında hansısa kənar müdaxilənin olduğu fikrini məntiqli hesab etməyə əsas verir, ancaq jurnalistin idmançı barədə bu tərzdə yazmasını da qınamamaq olmur.   “168saat.com”
Facebook Şərhləndirmə:

Şərhinizi yazın