Menu
Geri İrəli

Kim kimi ideal sayır? – ARAŞDIRMA

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Sentyabr 2013 • Baxış sayı: 353 dəfə • 1 şərh

Messi: “Ronaldo mənim qəhrəmanımdır”

Adətən hər bir futbol azarleşinin özü üçün ideal saydığı futbolçu olur. Kimsə oyun üslubuna, kimsə xarici görünüşünə görə, kimsə isə xarakterinə görə futbolsevərlərin sevimlisinə çevirilir. Amma “top sehirbazları”na simpatiyası olanlar təkcə azarkeşlər olmur. Elə futbolçuların özləri üçün ideal saydığı dəri top ustaları olur. Hər halda, tanınmış futbolçuların kimə simpatiya duyduğunu araşdırmaq maraqlı olar.

Başlayaq karyerasını bitirmiş futbol ulduzlarından. Sən demə, dünya futbolunun ən yaxşılarından sayılan argentinalı Dieqo Armando Maradonanın idealı özü ilə təxminən eyni dövrdə top qovmuş həmyaşıdlarından biri olan braziliyalı Artur Ziko imiş.

Futbolçu karyerasını 2006-cı ildə son qoyan fransız futbolçu Zinəddin Zidanın isə ötən əsrin 80-90-cı illərində fırtına kimi əsən uruqvaylı “Maestro” ləqəbli Entso Françeskoliyə heyran olduğu bəllidir.

Futbolçu karyerasını ötən mövsüm “Malaqa”da bitirən hollandiyalı Van Nistelrooy da Zidan kimi ötənlərin məşhur simalarından birini ideal kimi qəbul edir. Sabiq hücumçunun özü üçün ideal saydığı keçmiş “top sehurbazı” isə həmvətəni Van Bastendir.

Hazırda futbol həyatını davam etdirən ünlü futbolçuların da kimləri ideal saydığı maraq doğurur. Elə isə müasir dövrümüzün futbolçularının da heyranlıqla izlədiyi adlara nəzər salaq.

“Ronaldo mənim qəhrəmanımdır”. Bu sözlər dünyanın ən yaxşı futbolçusu kimi qəbul olunan Lionel Messiyə aiddir. Amma söhbət heç də Madrid “Real”ın üzvü Kriştianu Ronaldodan getmir. Belə ki, argentinalı ulduz futbolçu bu açıqlaması ilə Braziliya yığmasının sabiq hücumçusu Luis Nazrio Ronaldoya pərəstiş etdiyini açıqlayıb. Xatırladaq ki, Messinin Ronaldodan başqa, həmvətəni Dieqo Armando Maradonanın da pərəstişkarı olduğu məlumdur.

Amma Ronaldoya ən sevimli oyunçusu kimi baxan yeganə ulduz futbolçu Messi deyil. Belə ki, PSJ-nin isveçli hücumçusu Zlatan İbrahimoviç və Madrid “Real”ınınn uelsli üzvü  Qaret Beyl də braziliyalı futbolçunun “aşiqlərindəndir”.

“Arsenal”ın türk əsilli futbolçusu Məsut Özillə Dortmund “Borussiya”sında çıxış edən Nuri Şahin isə Zinəddin Zidanı özləri üçün  ideal sayırlar. Digər tanınmış türk  futbolçulardan Arda Turan Maradonaya, Burak Yılmaz isə Hakan Şükürə, Mehmet Topal isə Patrik Vieraya olan simpatiyası ilə seçilir.

İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Xavi Hernandesin sevimli futbolçusu isə sabiq məşqçisi Xosep Qvardioladır.

Xavinin “Barselona”dan komanda yoldaşı olan Dani Alves idealı kimi Ronaldinyonu, Alvesin həmvətənləri “Milan”nın yarımmüdafiəçisi Kakanın Rai Sokratesi, son dövrlər dünyanın ən istedadlı futbolçuları sırasında göstərilən “Barselona”lı Neymarın Mario Bolatellini, Braziliyanın “Koritiba” komandasında çıxış edən Aleks De Souzanın isə Artur Zikonu gördüyünü deyə bilərik.

Bundan başqa, araşdırmalarımız zamanı “Qalatasaray”ın hollandiyalı ulduzu Uesli Snayderin Yohan Kroyffa, “Arsenal”lı Teo Valkot və “Fənərbağça”lı Moussa Soun Tyerri Anriyə, “Fulhem”də forma geyən Dimitar Berbatovun isə ötənlərin məşhur futbolçusu Alan Şirerə pərəstiş etdiyi üzə çıxdı.

 

Hazırladı: Tural Məmmədov

Facebook Şərhləndirmə:

“Kim kimi ideal sayır? – ARAŞDIRMA” yazısına bir cavab

  1. Cinqiz deyir:

    “azarleşinin” -yaxsi sozdy!

Şərhinizi yazın