Menu
Geri İrəli

“Komandamla fəxr edirəm…” – Qriqorçuk

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2015 • Baxış sayı: 188 dəfə • Şərh yoxdur

5ea439208b697bc0e749e962bea20be7

Xəbər verdiyimiz kimi, Avropa Liqasını qrup mərhələsində ”Qəbələ” “Borussiya” ilə qarşılaşıb.

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk 1:3 hesabı ilə rəqibin xeyrinə başa çatan oyundan sonra matç barədə danışıb:

- Son iki oyunda “Qəbələ” qələbə qazanmayıb. Necə düşünürsünüz, qrupdan çıxmaq şansınız var?

- “Krosnadar”la oyunda qalib gələ bilərdik. Ancaq “Borussiya” ilə görüş bizim üçün çox çətin oldu. Futbolçularımla fəxr edirəm və düşünürəm ki, komandamız bu oyundan sonra daha yaxşı çıxış edəcək. Düzdür, ilk dəqiqələrdə qol epizodları yaratdıq. Amma onları dəyərləndirsəydik belə, matçın necə davam edəcəyini bilmirik. Rəqib topa daha çox nəzarət edirdi. Mən gördüm ki, “Borussiya”nın səviyyəsi çox yüksək idi. Qarşıda hələ 3 oyun var və bu görüşlərdə 9 xal yığmaq mümkündü. “Borussiya” ilə səfər matçında işimiz daha da çətin olacaq. Onlar bizdən yüksək səviyyəli komandadılar. Amma yenə deyirəm ki, öz futbolçularıma minnətdaram, onlarla fəxr edirəm. Bunu deməyə əsasım var. “Qəbələ” indki məqamda çox ciddi komandadı.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın