Menu
Geri İrəli

“Limit iştirakçıları”: “Sumqayıt” bir addım öndə!

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Dekabr 2016 • Baxış sayı: 345 dəfə • Şərh yoxdur

sum-futbolMilli komandamızın gələcəyi gənclərdi. Bütün diqqətlər də AÇ-2020-yə yönəldiyindən, bir çox qərarlar məhz Bakıda da keçiriləcək final mərhələsinə vəsiqə qazanmağa yönəlib. Bu cür qərarlardan biri də Premyer Liqa klublarında 23 yaşdan gənc 1 futbolçunun mütləq qaydada meydanda olmasıdı. Bəs, bu məcburiyyətdən doğan zərurətdən hansı komanda nə cür yararlanır?

Premyer Liqa Əsasnaməsinə görə, elitada çıxış edən klublar 6+4+1 (6 legioner + 4 Azərbaycan vətəndaşı + 1 nəfər 1994-cü il doğumlu və daha gənc Azərbaycan vətəndaşı) sistemi ilə oynaya bilərlər. Məcburiyyət bir tərəfə, ümumiyyətlə, limitə əsasən gənc oyunçulara Premyer Liqa təmsilçiləri hansı dərəcədə şans tanıyır?

Premyer Liqa Əsasnaməsinə görə, elitada çıxış edən klublar 6+4+1 (6 legioner + 4 Azərbaycan vətəndaşı + 1 nəfər 1994-cü il doğumlu və daha gənc Azərbaycan vətəndaşı) sistemi ilə oynaya bilərlər. Məcburiyyət bir tərəfə, ümumiyyətlə, limitə əsasən gənc oyunçulara Premyer Liqa təmsilçiləri hansı dərəcədə şans tanıyır?

İstər Premyer Liqada, istərsə də Avropa Liqasında daha çox keyfiyyətli legioner oyunçuları ilə uğur qazan “Qəbələ”nin iştirak ərizəsində yaş limitinə uyğun 7 futbolçu yer alır. 21 yaşlı Elvin Camalov (830 dəq) 10 oyunda start heyətində özünə yer edərkən, digər 6 futbolçu əsəs heyətdə və oyuna sonradan daxil olmaq üçün çox az şans tapıblar.  Müvafiq olaraq Murad Musayev (224 dəq), Tellur Mütəllimov (200 dəq), Roman Hüseynov (180 dəq), Qismət Alıyev (68 dəq), Sadiq Quliyev (29 dəq) meydanda olublar. Murad Popov isə hələ də Roman Qriqorçukun 1 dəqiqəliyə olsun belə, etimadını qazana bilməyib.

“İnter”də yaş limitinə uyğun gənc futbolçu sayı 7 olsa da, Zaur Svanadzenin ən çox güvəndiyi isim yalnız Fuad Bayramovdu (1136 dəq). 22 yaşlı yarımmüdafiəçi bu mövsüm “bankirlər”in 13 oyununda ilk “11-də” yer alaraq, stabil oyun göstərir. Abbas Hüseynov 5 oyunda start heyətdə yer alaraq 505 dəqiqə forma tərlədib. Gürcü mütəxəssisin güvəndiyi daha bir gənc futbolçu Sərtan Taşqındı (88 dəq). İstedadlı müdafiəçi cəmi 1 oyunda start heyətində yer alsa da, dəfələrlə oyuna sonradan daxil olmaq şansı qazanıb. Digər “limit iştirakçıları” Şahin Zəkiyev, Aqşin Quluzadə, Məmməd Quliyev, Qara Qayayev hələ ki, 58 yaşlı mütəxəssisin etimadını qazana bilməyiblər.

“Kəpəz”in iştirak ərizəsində 23 yaşdan kiçik 5 futbolçu yer alıb. Bu qiyabi mübarizədə  Orxan Əliyev (1136 dəq) mövsümün ilk yarısının aşkar lideridi. Yarımmüdafiəçi komandasının çempionatdakı 14 oyunundan yalnız birində meydanda olmayıb. Maraqlıdı ki, Şahin Diniyev üçün limit anlayışı şərtidi. Çünki Gəncə təmsilçisinin baş məşqçisi daha bir gənc futbolçuya yetərincə şans verib. Söhbət 9 dəfə start heyətində meydana çıxan Azad Kərimovdan (877 dəq) gedir. Kərimov daha 2 dəfə “döyüşə” sonradan atılıb. Digər 3 futbolçu Əyyub Əliyev, Əli Səmədov, Fərid Məmmədov isə hələ ki, ehtiyat oyunçular skamyasının təmiz qalmasını təmin etməklə məşğuldular.

“Zirə”nin iştirak ərizəsində limitə uyğun 4 gənc futbolçu yer alıb ki, hələlik, onlar arasında liderlik Vüqar Mustafayevə (1058 dəq) məxsusdu. Adil Şükürov 22 yaşlı yarımmüdafiəçini start heyətinə 12 oyunda daxil edib. Mustafayevin əsas təqibçisi Adil Nağıyev (851 dəq) isə cari mövsümdə 10 oyunda ilk dəqiqələrdən meydanda olub. Digər “limit iştirakçıları”ndan Vüsal İsgəndərli (156) 11 görüşdə sonradan mübarizəyə qatılmağa şans qazanıbsa, Cəmil Hacıyev cari mövsümdə forma üzünə həsrət qalıb.

Yaş limitinə görə, iştirak ərizəsinə daxil edilən futbolçu sayı baxımından əksər komandalardan seçilən “Sumqayıt” 10 gənc oyunçunun adını daxil edib. Lakin Samir Abasov daha çox üç yetirməsinə güvənir. Azər Salahlı (1197) bütün oyunlarda ilk “11-də” çıxış etmə şansı qazanıb. 22 yaşlı müdafiəçinin ardınca hərəyə 9 dəfə start heyətdə yer verilən Yusif Nəbiyev (819) və Mirabdulla Abbasov (876) gəlirlər. “Sumqayıt”ın heyətində 4 qola imza atmış Mirabdulla daha 5 görüşdə sonradan məharətini nümayiş etdirmək şansı qazanıb. Digər forma şansı qazanan gənc futbolçular: Xəyal Nəcəfov (611 dəq), Nicat Muxtarov (403), Seymur Əsədov (410), Kamran Abdullazadə (155), Süleyman Əhmədov (4). Əli Həsənli və Tərlan Əhmədli isə 38 yaşlı mütəxəssisin ehtimadını qazana bilməyiblər – birinci “Səbail”ə icarəyə göndərilib.

Premyer Liqa iştirakçıları arasında “limit yarışması”nın mütləq rekordçusu “Neftçi”di. “Ağ-qaralar” 23 yaşdan gənc 12 futbolçunun adını iştirak ərizəsinə daxil edib. Lakin onlardan yalnız 5-nin ilk “11-lik” arzusu çin olub. Çətin günlər keçirən “ağ-qaralar”ın məşqçilər korpusu daha çox Elvin Bədəlova (946 dəq) güvənib. Mərkəz müdafiəçisi 10 oyunda əsas heyətdə forma şansı qazanaraq, bu səpkidə liderlik kürsüsünün sahibidi. Rahil Məmmədov (631), Məqsəd İsayev (800), Fəhmin Muradbəyli (588) və Kamal Qurbanov (342) isə turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan komandanın meydana əsas heyət şansı qazanmış digər üzvləridi. Digər “limit istfadəçiləri” Maksim Valyo (44) bir görüşə məcburi olaraq daxil olarkən, Orxan Qurbanlı (1) son dəqiqədə forma şansı qazanıb. Kamran İbrahimov, Anton Krivotsyuk, Ömər Buludov, Aqşin Qurbanlı, Elşən Abdullayev isə Elxan Abdullayevin ehtimadını qazana bilməyiblər.

Premyer Liqanın autsayderi AZAL limitə uyğun 9 gənc futbolçuya iştirak ərizəsində yer tapıb. Bunlardan Kamal Mirzəyev (1136 dəq) “təyyarəçilər”in iştirakı ilə keçirilən 14 oyunun hamısında start heyətində yer alıb. Mirzəyevin ən yaxın izləyicisi Tural Hümbətov (1096) 12 görüşdə əsas heyətdə şansı qazanıb. Tərlan Əhmədovun digər güvəndiyi gənc futbolçu isə Ruslan Nəsirlidi (574). O, 7 oyunda ilk “11-lik”də çıxış etməklə yanaşı, 3 görüşdə də sonradan “döyüş”ə atılıb. Digər gənc futbolçular Elnur Süleymanov (290), Rəşad Əzizli (180), Şirməmməd Məmmədov  (90) 45 yaşlı məşqçi tərəfindən forma şansı qazanıblar. Mahsun Qənbərli, Fərhad Budaqov, Seyidrəzi Ağayev isə mövsüm ərzində hələ də məharətlərini göstərmək imkanı əldə etməyiblər.

İlk “10-luq”:

Azər Salahlı (Sumqayıt)- 1197 dəq

Fuad Bayramov (İnter) – 1136 dəq

Orxan Əliyev (Kəpəz) – 1136 dəq

Kamal Mirzəyev (AZAL) – 1136 dəq

Tural Hümbətov (AZAL) – 1096 dəq

Vüqar Mustafayev (Zirə) – 1058 dəq

Elvin Bədəlov (Neftçi) – 946 dəq

Azad Kərimov (Kəpəz) – 877 dəq

Mirabdulla  Abbasov (Sumqayıt) – 876 dəq

Adil Nağıyev (Zirə) – 851 dəq

Facebook Şərhləndirmə:

Şərhinizi yazın