Menu
Geri İrəli

Mahir Şükürov: Nə qədər ki, uydurub yazacaqlar… – EKSKLÜZİV

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyun 2014 • Baxış sayı: 377 dəfə • Şərh yoxdur

Mahir Sukurov

“Sadıx müəllim mömin insandır”.

 

Oxu.Az-ın tanınmış futbolçu Mahir Şükürovla eksklüziv müsahibəsi:

 

İlk olaraq səni yeni klubun münasibəti ilə təbrik edirəm.

 

- Təşəkkür edirəm, çox sağ ol.

 

Çoxları burda qalacağını düşünürdü, ən əsas da “Neftçi”də. “Neftçi” azarkeşləri klubu sənsiz təsəvvür etmirdi, sən isə sürpriz elədin. Niyə məhz bu klub və nə vaxtdan artıq klubla anlaşmısan?

 

- Düzdü, hər kəs ən əsas da “Neftçi” azarkeşləri düşünürdü ki, mən bu il də qalacam, amma özümü kənarda yenidən sınamaq istəyirəm. Bu klub mənimlə maraqlanırdı, bir müddət əvvəl danışığımız olmuşdu. Klubu, rəhbərliyi və ən əsas da azarkeşlərini bəyəndim.

 

Sənin haqqında olan fikirlər bitmək bilmir. Səni tanımasaydım deyərdim ki, hansısa Hollivud məşhurusan. Yəni haqqında o qədər danışırlar ki, hərdən təəccüblənirəm.

 

- Hər kəs sağ olsun – sevən də sevməyən də, bəyənən də bəyənməyən də. Əsas da “Neftçi” azarkeşləri sağ olsunlar, hər birinin qarşısında baş əyirəm.

 

Güloğlan Cabbarov kimi insanlar futbolda olsalar yaxşı olar. Hər anımda məni dəstəklədikləri üçün var olsunlar.

 

Bir müddətdir mediadan kənar gəzirsən, jurnalistlərlə ünsiyyətdən qaçırsan. Çoxmu yorulmusan bizlərdən?

 

- Mən futbolçuyam, futbolla məşğulam, amma jurnalistikanı bəzi jurnalistlərdən daha yaxşı bilirəm. Bu, hamıya aid deyil təbii ki. Bir jurnalist bir şeyi araşdırıb yazmırsa mən nə deyim?! Son aylar elə bil saytlar oturub gözləyirdi ki, Mahir nə edəcəksə biz də yazaq. Heç olmasa olan şeyləri yazsaydılar bu qədər təsir etməzdi, axı olmayan şeyləri necə yazmaq olar?! Uydurma jurnalistika var? Varsa mən də bilim. Və nə qədər ki, uydurub yazacaqlar, mən də onlardan belə kənar olacam və kim işinə düzgün yanaşsa onun yanındayam.

 

Bildiyimə görə “Neftçi” ilə yolları ayırmağına baxmayaraq maaşlarınız hələ verilməyib?

 

- Düzdü, artıq klubdan az müddətdi ayrılmışam, amma maaşımı almamışam, veriləcək təbii ki. Sadıx müəllim mömin insandı, indiyənə kimi kiminsə haqqını kəsməyib, biz futbolçular həmişə ondan razı olmuşuq.

 

“Neftçi”dən ayrıldıqdan sonra adını bir neçə klubla hallandırdılar.

 

- Heç “Neftçi”dən ayrılmamış məni öz fikirləri ilə başqa klublara düzüb-qoşdular. Halbuki heç bir klubla danışmamışdıq və fikrim yox idi. Sadəcə sakit, kənardan baxdım ki, nə etmək istəyirlər. Həm də kimisə belə vaxtı daha yaxşı tanıyırsan, mən də tanıdım.

 

Karşıkayanın Mahiri necə olacaq səncə?

 

- İnanıram ki, yaxşı olacaq. Bu il super-liqaya çıxmaq istəyirlər, mən də əlimdən gələni edəcəm. Onlar mənim oyunuma inanırlar, mən də həm özümə, həm də bu kluba inanıram ki, alınacaq. İki illik müqavilə bağladıq, rəsmi olaraq türk saytları da bu haqda yazıb. Başqa klublardan təklif gəldi, amma mən məhz bu klubu seçdim. Baş məşqçi ilə münasibətimiz yaxşıdı. Bu mənim üçün təbii ki, xoşdu. Neçə müddətdir mənim oyunumu izləyirdi və dəvət etdi, mən də razılaşdım.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın