Menu
Geri İrəli

“Maliyyә problemlәri var” – Tale Heydәrov

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyul 2016 • Baxış sayı: 191 dəfə • Şərh yoxdur

IMG_2496

“Qәbәlә”nin prezidenti Tale Heydәrov Avropa Liqasının 1-ci tәsnifat mәrhәlәsindә Gürcüstanın “Samtredia” klubu üzәrindә 5:1 hesablı qәlәbәdәn sonra jurnalistlәrin suallarını cavablandırıb.

“Qafqazinfo” hәmin müsahibәni tәqdim edir:

- Oyun haqqında nә deyә bilәrsiz?

- Belә hesab gözlәmirdim. Düzdür, arxayınlaşmaq olmaz. Belә davam etmәk lazımdır. Hәlә bu qәlәbә heç nә demәk deyil.

- Komandanın oyunu sizi razı saldı?

- Hesaba baxarsaq, әlbәttә razı saldı. Amma komandanın necә oynadığını qarşıdakı rәqiblәrlә oyun göstәrәcәk. Ümumilikdә, isә hәr şey yaxşı idi.

- Yeni transferlәri bәyәndiz?

- Yeni transferlәr xoşuma gәldi. Ümid edirәm ki, belә davam edәcәk. Amma onları daha çәtin sınaqda yoxlamaq lazımdır.

- Yeni transferlәr olacaq?

- Bir hücumçu lazımdır. Onu da yaxında edәcәyik.

- Bu komanda daha güclüdür, yoxsa ötәnilki komanda?

- Әn azından keçәn ilkindәn zәif deyil.

- Hәdәfiniz nәdir?

- Hәdәf hәmişә yüksәk olub. Mәqsәd ötәnilki nәticәni daha da yaxşılaşdırmaqdır.

- Qrup mәrhәlәsinә düşә bilәrsiz?

- Bәli.

- Teo Luis Uiksdәn 3 qol gözlәyirdiniz?

- Tәbii ki, yox. Komandamızın 3 qol vurması gözlәnilmәz idi, nәinki bir oyunçunun.

- Komanda ötәn mövsümün sonunda uğursuz çıxış etdi. Avropa Liqasında uğurlar bunu unutdura bilәrsiz?

- Bizim hәdәflәrimiz hәr zaman yüksәkdir. Daha yaxşı nәticә gözlәyirdim komandadan. Bunu doğrulda bilmәdik. Avroliqada bunu unutdura bilәrik.

- Büdcәnin azaldılması gözlәnilmir?

- Yox. Әksinә bilirsiniz ki, büdcә azaldılıb.

- Bu büdcә ilә nәticә gözlәnilir?

- Kiçik büdcә ilә dә uğur qazanmaq olar.

- Bu azalma maliyyә problemlәrindәn irәli gәlir?

- Әlbәttә. Maliyyә çәtinliklәri ilә bağlıdır.

- Maliyyәnin azalması komandanın nәticәsinә tәsir edә bilәr…

- Әlbәttә ki, tәsir edә bilәr. Ötәn il bәzi transferlәrdә yanlışlığa yol vermişdik. Bu il daha diqqәtli olmalıyıq.

- Bu gün gәnc futbolçular da meydanda özünü yaxşı tәrәfdәn göstәrdi. Demәk olar ki, yavaş-yavaş öz akademiyanızın yetirmәlәrinә üstünlük verәcәksiz?

- Әlbәttә. Baş mәşqçinin qarşısına da belә bir şәrt qoyulub ki, akademiya yetirmәlәrinә güvәnsin.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın