Menu
Geri İrəli

“Medalı Azərbaycan millətinə həsr edirəm!” – Şəriəti

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Avqust 2016 • Baxış sayı: 469 dəfə • Şərh yoxdur
Share Button

serietiXəbər verdiyimiz kimi, Rio olimpiadasında Azərbaycan 4-cü medalını qazanıb.

“Qafqazinfo” xəbər verir ki, 130 kq çəkidə mübarizə aparan güləşçimiz Sabah Şəriəti təsəlliverici görüşlərin ikisində də qələbə qazanaraq bürünc medala sahib çıxıb. O, qələbə ilə bağlı fikirlərini Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə bölüşüb:

“Çox şadam ki, medal aldım. 3 ildə çox çətin məşqlərə qatıldım. Hamıya təşəkkür edirəm, mənim üzərimdə çox əziyyət çəkiblər.

Sonuncu rəqib güclü rəqib idi, keçən yarışlarda ona uduzmuşdum. Amma burada başqa cür güləşdim. Bu medalı Azərbaycan millətinə həsr edirəm!”.

Şәriәti uduzduğu döyüşlәrdәn dә danışıb: “Uduzduğum görüşdәn sonra әlim-ayağım boşaldı”.

Rəqibin oyunun nəticəsinə narazılıq bildirməsi məsələsinə gəlincə, Şəriəti bildirib ki, o, təmiz qələbə qazandığına əmindir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın