Menu
Geri İrəli

Məhəmmədrəsul 3 qat dünya çempionu oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2017 • Baxış sayı: 168 dəfə • Şərh yoxdur

mehemmedresul_jozef_(4)Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov karyerasında 3-cü dəfə dünya çempionu olub.

Publika.az xəbər verir ki, 91 kq-dan yuxarı çəkidəki 31 yaşlı idmançı bu nailiyyətə Almaniyanın Hamburq şəhərində keçirilmiş mundialda imza atıb.

Məcidov finalda qazaxıstanlı Kamşıbek Kunkabayevi yenib – 4:1. Bununla da Azərbaycan millisi dünya çempionatını 1 qızıl, 1 bürünc medalla başa vurub. Bürünc medala Kamran Şahsuvarlı (75 kq) sahib çıxıb.

Qeyd edək ki, Məhəmmədrəsul Məcidov daha əvvəl 2011 və 2013-cü illərdə dünya çempionu olub. Onun aktivində 2013-cü ildə Avropa çempionluğu, “Bakı 2015″ I Avropa Oyunları və “Rio-2016″ Yay Olimpiya Oyunlarında bürünc medal da var.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın