Menu
Geri İrəli

Messiyə oğlundan dəstək

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyul 2014 • Baxış sayı: 316 dəfə • Şərh yoxdur

aa881e36d980 85d70402345a

İsveçrə ilə Argentina arasında baş tutan matçda Lionel Messi ilə yanaşı onun oğlu da diqqət mərkəzində olub.

ANS PRESS-in məlumatına görə, anası Antonella ilə tribunadan atasını izləyən balaca Tiaqo kameraların obyektivindən yayınmayıb. Messinin oğlu Argentinanın vurduğu qoldan sonra anası ilə bayram edib.

Tiaqo kiçik yaşına baxmayaraq atasının həyəcanına ortaq çıxıb. Argentinanın 1/4 finala yüksəlməsinin ardından Tiaqo anasının öpüşü ilə mükafatlandırılıb.

Qeyd edək ki, dünən baş tutan oyunda Argentina İsveçrəni əlavə olunmuş vaxtda atdığı qolla məğlub edərək növbəti mərhələyə yüksəlib. Argentinanın qolunu 118-ci dəqiqədə Anxel Di Maria atıb. 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın