Menu
Geri İrəli

Milli komanda “Sumqayıt Şəhər”ə uduzdu

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Dekabr 2011 • Baxış sayı: 418 dəfə • Şərh yoxdur

“Sumqayıt Şəhər” Peşəkar Futbol Klubu dekabrın 5-dən etibarən Bakı şəhərində seleksiya xarakterli təlim-məşq toplanışında olan Azərbaycan millisi ilə yoxlama oyunu keçirib. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutan görüşdə komandamız 2:1 hesabı ilə qələbə qazanıb. “Sumqayıt Şəhər”dən qolları Məhəmməd Məmmədov və Ruslan Nəsirli vurub. Millimizin heyətində isə Vüqar Əsgərov fərqlənib.Qeyd edək ki, ilk qolun müəllifi olan Məhəmməd Məmmədov hazırda klubumuzda baxışdadır.

Oyundan sonra “Sumqayıt Şəhər”in baş məşqçisi Bernhard Raab rəsmi internet səhifəmizə açıqlama verib: “Bu oyun test xarakteri daşıyırdı. Heyətdə bəzi dəyişikliklər etmişdim. Futbolçuları müxtəlif mövqelərdə oynatdım. İlk hissədə komandam daha baxımlı futbol nümayiş etdirdi. İkinci hissədə nisbətən rəqibə oynamağa imkan verdik. Lakin buna baxmayaraq, qələbə qazandığımız üçün çox şadam”.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın