Menu
Geri İrəli

Milli komandamızın şansı nə qədərdir?

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Fevral 2014 • Baxış sayı: 323 dəfə • Şərh yoxdur

Bazar günü futbol üzrə Azərbaycan milli komandasının AVRO-2016-cı ildə Fransada düzənlənəcək Avropa çempionatının püşkü atıldı və Berti Foqtsun komandasının `H` qrupunda İtaliya, Xorvatiya, Bolqarıstan, Norveç və Malta milliləri ilə mübarizə aparacağı məlum oldu. 

İndi bütün futbol ictiamiyyətini yığma komandamızın qrup mərhələsində necə çıxış edəcəyi maraqlandırır. Bu baxımdan, ölkəmizin idman mediasının nümayəndələrinin nə düşündüyü az maraq doğurmur. Məhz bu üzdən mövzu ilə bağlı ölkəmizin bəzi idman yazarlarının fikirlərini öyrəndik.

Tural Xudiyev (“Space TV”-nin İdman proqramları şöbəsinin müdiri):

- Püşkün nəticəsini faciəvi qarşılayanlarla həmfikir deyiləm. Milli normal qrupda mübarizə aparacaq. Amma normal mübarizə aparacaq, ya, yox… Bu sual qayğılandırmaya bilməz. Qrup liderliyi uğrunda yarışacaq İtaliya və Xorvatiya komandalarından qoparılacaq bir xal da uğur kimi qiymətləndirilməlidir. Əsas rəqiblərimiz Bolqarıstan və Norveçlə oyunlarda isə maksimum nəticəyə köklənə bilsələr futbolçularımız həqiqi uğura imza ata bilərlər. Ev oyunlarında itirilən hər xal bizi pley-ofdan uzaqlaşdıracaq. Malta seçməsinə gəldikdə isə, milli bu rəqiblə görüşlərdə 6 xal qazanmağa məhkumdur. Ümumilikdə bu təsnifat mərhələsinə nikbin baxıram.

Pərviz Musayev (“Lider TV”-nin əməkdaşı)

- Pessimist olmaq istəmirəm, amma komandamızın bu qrupda ən yaxşı halda 4-cü yer üçün mübarizə apara biləcəyini düşünürəm. Çətin qrupdur, amma reallıqla barışmaqdan başqa çarəmiz yoxdur. Maltanı hər 2 oyunda məğlub etməyə borcluyuq. İtaliya və Xorvatiya ilə səfər oyunlarında xala ümid etmək real deyil, amma Norveç və Bolqarıstandan səfərdə xal qoparmaq, evdə hətta qələbə qazanmaq da mümkündür. Amma təbii ki bir az da bəximizin gətirməsi şərtilə. İstənilən halda, bədbinliyə qapılmaq istəməzdim. Yaşayarıq, görərik.

Sənan Şəfizadə (ATV kanalının idman şərhçisi): 

- Milli komandamızın bəxtinə normal qrup düşüb. Əlbəttə, İtaliya və Xorvatiya qrup favoritləridir. Lakin 3-cü yer uğrunda oynamaq olar. Bəlkə bəziləri sözlərimə inanmayacaq. Amma əgər yüksək şərait müqabilində nəticə qazanmaq istəyiriksə özümüzü sınamalıyıq. Unutmaq olmaz ki, Avropada zəif komanda yoxdur. Elə həmin Maltadan iki oyunda 6 xal alacağımıza heç kim zəmanət verə bilməz. Ona görə meydanda əzmkar mübarizə vacibdir. Əsas mübarizəmiz Bolqarıstan, Malta, Norveçlə olacaq. Bolqarlarla norveçlilər bizimlə müqayisədə güclü komandadır. Ona görə çətin olacaq. Millidən hər zaman uğur gözləyirik. Çünki Azərbaycan təmsil olunur. Şəxsən mən ilk üçlükdə olacağımıza inanmıram.

İlqar Tağıyev (“Het-trik news” qəzetinin baş redaktoru): 

- Normal qrupa düşmüşuk. 6 komandalı bir qrupda olmağımız da yaxşı hal kimi qəbul edilmelidi. Cunki oyun sayı cox olacaq. Bu da reytinq xalı toplamaq üçün əlavə şans deməkdir. Qrupdakı komandalara gəlincə. əsas diqqəti ev oyunlarına yönəltmək lazımdır. Səfərdə yalnız Malta üzərində qələbə qazanmaq şansımız var. Qalanları ilə çox çətin olacaq. Ev oyunlarında isə İtaliya və Xorvatiyanı çıxmaq şərtilə digərlərini məğlub etmək olar. Malta ilə oyunlarda 6 xal toplaya bilsək yekunda millinin tarixində ilk defe 10 xal heddini aşa bilərik. Qrupdan kimlərin çıxacağına gəlincə, birbaşa vəsiqələrdən birini İtaliyanın qazancağı şübhəsizdir. Yeni italyanlar ən azı 2-ci yeri tutacaqlar. Digər birbaşa vəsiqəyə əsas namizəd Xorvatiyadır. Pley-offda isə Bolqarıstan və ya Norveçin oynayacağını təxmin edirəm. Millimizə gəlincə, ən yaxşı halda 4-cü yeri tuta bilər.

Elçin Cəlilov (“Futbolpress.az” saytının baş redaktoru): 

- İtaliya favoritdir. Norveç, Bolqarıstan vә ya Xorvatiyadan xal qoparda bilsәk, qrupda üçüncülük üçün ümid elәmәk olar. Malta aşkar autsayder görünmәsin, onlar Ermәnistanı yaxşı vaxtında büdrәtdilәr. Maltaya ciddi yanaşmaq lazımdır. Mәncә, yığmamız üçün kifayәt qәdәr ağır qrupdur. Şansları ilk üçlüyә dәyәrlәndirmәk ifrat pozitivlik tәlәb edir.

Amal Abuşov (“Futbol+” qəzetinin əməkdaşı): 

- Qrup necə olmaliydisa, elədir. Onsuz da Avropadaki əksər komandalar bizdən güclüdür. Final mərhələsinə cıxmaq bizim uçün fantaziyadan başqa bir şey deyil. Malta millisi ilə qarşılaşmalarda 6 xala umid etmirem. Bolqarıstan yığmasından isə evdə xal qoparmaq olar. Norveçlə Xorvatiyanın yeni seçme mərhələyə kimlərlə başlayacağı məlum olmadiğından konkret fikir yürütmək çətindir. İstənilən halda bu rəqiblərlə oyunlar da bizim üçün çetin olacaq. İtaliya millisinin bizə güzəşt edəcəyinə də inanmıram. Deməli, qrupda 3-cü yer bizim üçün əlçatmazdır.

Anar Xanlarov (“Rekord.az” saytının redaktoru): 

- Bilirsiniz, bizim futbolumuz o səviyyədə deyil ki, rəqib seçək, yaxud kimisə güclü-zəif deyə müqayisə edək. İtaliya, Xorvatiya, Norveç və Bolqarıstan bizdən güclüdür bu, şübhəsizdir. İtaliya bütün turnirlərdə favorit hesab olunan komandadır. Xorvatiya da bu gün bizdən qat-qat üstün səviyyədədir. Bolqarıstan elə komandadır ki, bir seçmə mərhələdə uğur qazana bilmirsə, növbəti seçmə mərhələdə mütləq buna nail olur.
Bolqarlar DÇ-2014-ə gedə bilmədi. Yəqin ki, yeni heyət yığıb AÇ-2016-ya vəsiqə üçün bütün güclərini ortaya qoyacaqlar.Eyni sözləri Norveç haqda da demək olar. Üstəlik nəzərə alaq ki, atletik futbol oynayan komandalara qarşı biz həmişə problem yaşayırıq. Çoxları Maltanı asan yem sayır, amma mən həmin insalra Lüksemburqu misal çəkərdim. Hansı ki, son seçmə mərhələdə hər kəs onlardan 6 xal alacağımızı düşündüyü halda yalnız 2 xal götürə bildik. Bir sözlə, ciddi bir uğur gözləmirəm.

İlkin Babayev (“Futbol11.az” saytının redaktoru):

- Milli komandamız AVRO-2016-da tarixinin bəlkə də ən çətin qrupuna düşüb. Daim Berti Foqtsu qınayırdıq. Ancaq, bu dəfə bəxt Foqtsun üzünə gülüb deyəsən. Çünki, rəqiblərimiz çox çətin və güclü komandalardır. Ona gör də ilk üçlük barədə ümumiyyətlə xəyallar qurmayaq. Millimiz çətin ki, İtaliya, Xorvatiya və Norveç ilə oyunlarda xal qazansın. Ümidlərimiz yalnız 4-6-cı pillələr uğurunda olacaq.

Tural Məmmədov
AzVision.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın