Menu
Geri İrəli

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2015 • Baxış sayı: 187 dəfə • Şərh yoxdur

nazarov

Almaniya 2-ci Bundesliqasında 11-ci turun oyunları keçirilib.

Azərbaycan millisinin üzvü Dimitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” də növbəti matçına çıxıb.

Adıçəkilən komanda səfərdə “Münhen-1860″”la üz-üzə gəlib. Görüş “Karlsrue”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov isə 67-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Karlsrue” hazırda 12 xalla 12-ci pillədə qərarlaşıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın