Menu
Geri İrəli

“Mxitaryan siyasi mәsәlәyə görə Bakıya gәlmәdi” – “Borussiya”nın baş mәşqçisi

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2015 • Baxış sayı: 220 dəfə • Şərh yoxdur

tuhel-tomas

Almaniyanın “Borussiya”(Dortmund) klubunun baş mәşqçisi Tomas Tuhel “Qəbələ” ilə oyun öncəsi mətbuat konfransı keçirib.

“Qafqazinfo” baş mәşqçinin jurnalistlərə verdiyi cavabları təqdim edir:

- “Qәbәlә”nin heyәtindә sizin diqqәtinizi xüsusi cәlb edәn futbolçu oldu?

- Ayrıca olaraq hansı bir oyunçunu qeyd etmәk istәmirәm. Çünki bu düzgün deyil. Rәqib güclü komandadır. Bu komandanı mәğlub etmәk çәtindir. “Krasnodar”la oyunlarına baxdım. “Qәbәlә” hәmin matçda heç-heçәyә layiq idi.

- Sabah bu vaxtı matçın 50-ci dәqiqәsi oynanılacaq. İndi hәyәcan varmı?

- Müәyyәn qәdәr hәyәcan var. İstәnilәn halda bu hәyәcan olur. Birinci növbәdә rәqibә hörmәt edirik. Özümüzә inanırıq. Mәqsәdimiz var vә ona doğru irәlilәyirik.

- Rәqibin hansı üstünlüklәri var?

- Rәqibin 4-4-2 taktiki sxemi ilә oynayacağını düşünürәm. Sabah әn yaxşı çıxışımızı etmәk istәyirәm. Düşünürәm ki, hәr şey yaxşı olacaq.

- Henrik Mxitaryan olmayacaq. Bu oyuna necә tәsir edәcәk?

- Әlbәttә ki, siyasi mәsәlә ilә bağlı o, Bakıya gәlmәdi. Biz önәmli oyunçumuzu itirmişik. Onun әvәzinә çıxış edә bilәcәk futbolçular var. Onun boşluğunu doldurmağa çalışacağıq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın