Menu
Geri İrəli

“Mxitaryanın milliyәti mәni maraqlandırmır”

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2015 • Baxış sayı: 706 dəfə • Şərh yoxdur

5ea439208b697bc0e749e962bea20be7

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Almaniyanın “Borussiya”(Dortmund) klubuna qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

Ukraynalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Baş məşqçi rәqibin gücünә bәlәd olduqlarını dilə gətirib:

“Sabahkı oyunda görәcәksiz necә çәtin olacaq. Biz müdafiә olunmaq üçün oynamırıq. Bu bizim fәlsәfәmizә uyğun deyil. Biz yaxşı yerlәr üçün oynayırıqsa, hücumlarımızı çoxaldaq”.

- Sizi nә narahat edir?

- Sözlә deyil, işlә özümüzü göstәrmәliyik. İşimizi düzgün qurmuşuq. Narahat olmalı bir şey yoxdur. Futbolçularıma әminәm vә güvәnirәm. Sabah uğur qazanmaq üçün çalışacağıq. Hәm psixoloji, hәm dә fiziki cәhәtdәn hazırıq.

- Çempionatda komandanız müdafiәdәn hücuma daha yaxşı çıxır. Amma Avropa Liqasında bunu edә bilmirsiz…

- Çempionatla Avropa Liqasını ayırmaq istәmәzdim. Amma avrokuboklarda komandalar daha güclüdür. Yәni, o sәbәbdәn alınmaya bilәr. Avroliqadakı komandaların heyәtindәki futbolçular çox sürәtlidir. Bunu Allahın vergisi dә adlandırmaq olar.

- Sabah da hәmişә olduğunuz kimi aqressiv tapşırıqlar verәcәksiz, ya oturub müşahidә edәcәksiz?

- Әgәr hesabda 3:0 irәlidә olsam, oturub oyuna baxmaq istәyәrәm. Nәzәrә alsaq ki, sabah çәtin olacaq. Düşünürәm ki, sabah sakit dayanmayacam. Futbolçularıma tapşırıq verәcәm.

“Çernomoret”sin azarkeşlәri bir qrup yaratmışdılar –“avtofan”. Onlar maşınları Odessa klubunun rәnglәrini bürümüşdülәr. Hәtta onların fikri var idi ki, “Qәbәlә”yә dәstәk olmağa gәlsinlәr.

- Rәqibi analiz etmisiz. Almanların heyәtindә sizi sevindirәn vә üzәn nәdir?

- “Borussiya”nı analiz etmәk çәtin deyil. Çünki onlar hәr oyunda eyni variantlarla oynayırlar. Rәqibin heyәtindәki futbolçuları hamımız tanıyırıq. Sürәtli vә ani qәrar verәn futbolçular var. Bu komanda meydanın hәr yerindә yaxşı oyun göstәrir.

- “Borussiya”nın konkret hansı futbolçularına diqqәt etmisiz?

- Onların sayı 15-dir.

- Ermәni hücumçu Henrik Mxitaryan Bakıya gәlmir. Bu sizi sevindirir?

- Bu tip suallardan xoşum gәlmir. Mxitaryan güclü futbolçudur. Onun milliyәti mәni maraqlandırmır. Әgәr o Bakıya gәlsәydi, onun üçün dә tәdbirlәr görәrdik. Qarşısını almağa çalışardıq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın