Menu
Geri İrəli

Nazir ABŞ-a gedir

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2015 • Baxış sayı: 345 dəfə • Şərh yoxdur
Share Button

8c4e724f9be9eacb8bfb1bc4537cdab9

26 oktyabr tarixdən başlayaraq Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Milli Olimpiya Komitələri Assosasiyasının (ANOC) 20-ci Assambleyası öz işinə başlayır.

Milli Olimpiya Komitələri Assosasiyasının Prezidenti Şeyx Əhməd Əl Fahad Əl-Sabah və ABŞ Olimpiya Komitəsinin Prezidenti Lawrence Probstun dəvəti ilə Amerikaya rəsmi səfərə yola düşən nazir Azad Rəhimov, assambleya çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinin, Beynəlxalq Federasiyaların, Milli Olimpiya Komitələrinin və Olimpiya Hərəkatı ilə sıx əməkdaşlıq edən təşkilatların rəhbərləri ilə görüşlər keçirəcək.

“Bakı 2015″ Avropa oyunlarının tarixdə ilk dəfə olaraq keçirilməsi, bu oyunların dünya idman tarixinə imza atması, ölkəmizdə yaradılmış idman infrasturkturu, yüksək səviyyədə həyata keçirilən təşkilati məsələlər və bundan irəli gələrək ölkəmizin gələcəkdə daha mötəbər tədbirlərə ev sahibliyi etməsi nazir Azad Rəhimovun rəsmi görüşləri zamanı diqqət mərkəzində olacaq mövzular sırasındadır.

Milli Olimpiya Komitələri Assosasiyasının Prezidenti Şeyx Əhməd Əl Fahad Əl-Sabahla görüşü zamanı Azad Rəhimov 2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi oyunlarına hazırlıq prosesi haqda danışacaq, bu istiqamətdə görülməli olan işlər ətrafında müzakirələr aparacaq.

30 oktyabr tarixinədək davam edəcək Assambleyada peşəkar idmançıların təlimi, ətraf mühitin qorunmasında Olimpiya Hərəkatının rolu, idman və sosial inkişaf, Olimpiya həmrəyliyi və bir sıra mövzular barədə çıxışlar və onların ətrafında müzakirələr olacaq.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın