Menu
Geri İrəli

“Neftçi”nin baş məşqçi ilə bağlı – Qərarı

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Oktyabr 2015 • Baxış sayı: 262 dəfə • Şərh yoxdur

Samir-Eliyev-1

Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində təşkil olunmuş “Neftçi” – “Qəbələ” (0-1) matçının 90-cı dəqiqəsində buraxılmış qolla məğlub olmuş komandanın baş məşqçisi Samir Əliyev oyun sonrası mətbuat konfransında vəzifəsindən istefa verəcəyini bildirmidi.

Matçdan sonra klubun inzibati binasında baş məşqçi Samir Əliyevin də iştirakı ilə Müşahidə Şurasının (MŞ) iclası keçirilib. İclasda ümumilikdə komanda ətrafında müzakirələr aparılıb və Samir bəyin fikirləri dinlənilib.

MŞ tərəfindən baş məşqçinin diqqətinə çatdırılıb ki, “Neftçi”nin yaxın gələcək üçün strateji hədəfləri var və bu məqsədlərə məhz Samir Əliyevlə çatmaq niyyətindədirlər. Nəticə olaraq baş məşqçi Samir Əliyevin istefası Müşahidə Şurası tərəfindən qəbul olunmayıb və Əliyev baş məşqçi vəzifəsində fəaliyyətini davam etdirəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın