Menu
Geri İrəli

Neymar: “Argentinaya azarkeşlik edəcəm”

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyul 2014 • Baxış sayı: 391 dəfə • Şərh yoxdur

 

“Almaniyaya niyə məğlub olduğumuzu bilmirəm. Mən bu komandanın bir parçasıyam, bunu söyləməkdən utanmıram. Tiaqo Silva, Fred və digər futbolçularla bir komandada oynadığım üçün qürur hissi keçirirəm”. Lent.az-ın qol.az-a istinadən verdiyi xəbərə görə, bu sözləri Braziliya millisinin hücumçusu Neymar “AS” qəzetinə açıqlamasında deyib.

 

Komandasının yarımfinalda Almaniyaya məğlubiyyətindən məyus olduğunu bildirən Neymar DÇ-2014-ün finalında Argentina millisinə azarkeşlik edəcəyini vurğulayıb: “Argentina millisində mənim “Barselona”dakı komanda yoldaşlarım – Messi və Maskerano oynayır. Ona görə də həmin komandaya dəstək olacam. Əminəm ki, ən azı bu iki futbolçuya görə Argentina dünya çempionluğunu qazanmağa layiqdir”.

 

Gənc hücumçu deyib ki, DÇ-2014-də Kolumbiya ilə matçda rəqib futbolçusu Suniqa onu zədələdikdən sonra üzr istədiyini də söyləyib: “Amma onurğamdakı sınıq iki santimetr daha aşağıda olsaydı, əlil arabasına möhtac olacaqdım. Mənim üçün çətin durumdur. Amma indi gəzə bilməyim belə məni sevindirir”.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın