Menu
Geri İrəli

“O zaman tualetə belə getmirəm” – Məşhurların totemləri

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Oktyabr 2015 • Baxış sayı: 353 dəfə • Şərh yoxdur
Share Button

1 (1)

Türkiyədə futbol istənilən qədər inkişaf etməsə də, qardaş ölkə futboluna gələn azarkeşlər daim diqqət mərkəzində olublar.

Hətta ölkənin məşhur simaları da futbol zamanı stadiona gedir, sevdiyi komandalara azarkeşlik edirlər. Onlardan bir neçəsi hətta komandalarının qələbəsi üçün müxtəlif totemlərdən istifadə edilər. Türkiyənin “Hüriyyət” qəzeti bu mövzuda məşhurların fikirlərini öyrənib. Alınan cavablar isə olduqca maraqlı olub.

Çağla Şikel (aparıcı və model): “Mən “Qalatasaray”lıyam. Əgər komandamın oyunlarında rəqib hücum edirsə “bu epizod qol omaz” deyirəm. Və mütləq rəqib həmin şansını qaçırır. Nə vaxt bunu unuduramsa, qapımızda qol görürük”.

Hatice Şendil (aktrisa): “Mən “Fənərbaxçalı”yam. Komandamızın qazanması üçün etmədiyim dua yoxdur. Adətən barmaqlarımı bir-birinə birləşdirib oyuna baxıram”.
Bige Önal (aktrisa): “Rəqib qapımıza yaxınlaşdıqca, barmaqlarımı birləşdirirəm. “Qalatasaray” sevimli klubumdur”.

Merve Oflaz (aktrisa): ““Fənərbaxça”lıyam. Oyun başlayan kimi bütün yeyib-içdiklərimi televizorun qarşısına yığıram. İlk hissə bitməyincə tualetə getmək belə qadağandır”.

Burcu Əsmərsoy (aktirsa, aparıcı): “Evdə olsam, izləmədiyim oyunu biz qazanırıq. Stadiona getsəm, mütləq uduzarıq. Evdə olub oyunu izləsəm, vəziyyət çox çətin olur. Uduzsunlar deyə rəqib komandaların oyununu izləyirəm. Hamının bildiyi kimi “Qalatasaray” tərəfdarıyam”.

Bengü (müğənni): ““Qalatasaray”lıyam. Adətən komandanın oyunlarını bütün futbolçuların imzaladığı forma ilə izləyirəm. Evdə oyuna baxsam, mütləq yerdə otururam”.

Çağla Kubat (model): ““Beşiktaş”lıyam. Atamdan qalan bir totem var. Rəqib komanda hücum edərkən özümü qapıçı kimi hiss edirəm. Əllərimi bir-birinə birləşdirirəm. Əgər əllərim arasında boşluq varsa, mütləq qapımızda qol görərik”.

Nilufər Açıkalın (aktrisa): ““Beşiktaş”lıyam. Çox güclü bir totemim var. Amma pozulmaması üçün heç kimə demirəm. Harda oluramsa, o totemi edirəm. Çünki etməsəm, komandam uduzur”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın