Menu
Geri İrəli

Oğlan və qızlar arasında voleybol üzrə Sumqayıt şəhər birinciliyi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Fevral 2014 • Baxış sayı: 385 dəfə • Şərh yoxdur

Sumqayıtda 1 saylı Uşaq Gənclər İdman Məktəbində 5 mart-Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş 1999-2001-ci il təvəllüdlü oğlan və qızlar arasında voleybol üzrə şəhər birinciliyi keçirilib.

Birincilikdə şəhərin məktəb və cəmiyyət komandaları ilə yanaşı, orta ümumtəhsil məktəblərinin komandaları da qalib adı uğrunda mübarizə aparıblar. Yekunda oğlanlar arasında Sumqayıt Olimpiya İdman Kompleksi, 21 və 31 saylı tam orta məktəblərin komandaları, qızlar arasında isə “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt Filialı, Sumqayıt Olimpiya İdman Kompleksi və 21 saylı Tam Orta Məktəbin komandaları müvafiq olaraq, birinci, ikinci və üçüncü yerləri tutublar. Analoji tədbir cari ilin 17-18 fevral tarixlərində “Veteran Ağır atletika” İctimai Birliyinin idman zalında da keçirilib. Birincilikdə “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt Filialı və “Zirvə” İdman Klubunun 40-a yaxın 1997-ci il təvəllüdlü və daha kiçikyaşlı oğlan və qız ağır atletləri arasında keçirilib.

Nicat Xıdırlı, Mail Hümbətov Sumqayıt-www.zaman.az

voleybol-4

Facebook Şərhləndirmə:

Şərhinizi yazın