Menu
Geri İrəli

“Onun uğuruna sevinirəm” – Qurban Qurbanov

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2015 • Baxış sayı: 188 dəfə • Şərh yoxdur

qub

“Əlbəttə ki, məğlub olmaq istəməzdik. “Sumqayıt” yaxşı oynadı, onlar üçün yaxşı qələbə alındı. Samir Abasova uğurlar arzu edirəm. Samir futbolçu olduğu vaxt həmişə əziyyət çəkib, zəhməti ilə uğur qazanıb və hər bir oyunçuya örnək olub”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində baş tutan oyunda “Sumqayıt”la qarşılaşan ağdamlıların çalışdırıcısı minimal hesablı məğlubiyyət haqqında fikirlərini bildirib:

“Məğlub olmağımıza baxmayaraq, Samirin uğuruna sevinirəm. Məğlubiyyətə baxmayaraq, öz oyunumuzdan razı qaldım. Çempionatımızın ən sürətli, ən gərgin oyunlarından biri alındı. Hazırda sıx qrafik var, futbolçuları oyunlara hazırlamalıyıq. Bir daha Samir Abasovu və komandasını təbrik edirəm, çox istəkli idilər”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın