Menu
Geri İrəli

“Panatinaikos”un baş məşqçisi: “Qəbələ”nin oyunlarını diqqətlə izləyəcəyik

Müəllif: Sumqayitxeber.com • Tarix: 7 Avqust 2015 • Baxış sayı: 319 dəfə • Şərh yoxdur

d8f0da26230c7e7f9cc0773356fb39ee“Rəqibimizi tanımadığımız üçün məcburuq ki, ehtiyatlı olaq”.

Apasport.az saytının məlumatına görə, bu sözləri “Panatinakos”un baş məşqçisi Yannis Anastasiod deyib.

UEFA Avropa Liqası pley-off mərhələsində “Qəbələ” ilə qarşılaşacaq Yunanıstan təmsilçisinin baş məşqçisi püşkün nəticəsini dəyərləndirib.

“Azərbaycan futbolu inkişaf edir. Bizim isə rəqibimiz haqqında geniş təsəvvürlərimiz yoxdur. Ancaq onların son zamanlar keçirdikləri oyunları diqqətlə izləyəcəyik və buna görə rəqibimizin xarakterini analiz edəcəyik”.

Xatırladaq ki, Avropa Liqasında ardıcıl üç mərhələ keçən “Qəbələ”  Yunanıstanın “Panatinaikos” klubu ilə görüşəcək.

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə 27-də baş tutacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın