Menu
Geri İrəli

““Qәbәlә” qol vursaydı, nәticә başqa olardı”

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2015 • Baxış sayı: 206 dəfə • Şərh yoxdur

tuhel-tomas

Xəbər verdiyimiz kimi, Avropa Liqasını qrup mərhələsində ”Qəbələ” “Borussiya” ilə qarşılaşıb.

11:3 hesabı ilə rəqibin xeyrinə başa çatan oyundan sonra “Borussiya”nın baş məşqçisi Tomas Tuhel matç barədə sualları cavablandırıb:

- Qalib gəlməyinizə baxmayaraq heç gülümsəmirsiz. Bu, əvvəlcədən qələbə qazanacağınıza əminliyinizdən irəli gəlir?

- Bəli, biz əmin idik ki, qalib gələcəyik. Qrupdakı yerimizi qorumalıydıq. Düzdür, “Qəbələ” ilk dəqiqələrdən qapımız qarşısında təhlükələr yaratdı, ancaq sonradan tam üstünlüyü ələ aldıq.

- İlk dəqiqələrdə “Qəbələ” qol vursaydı, nəticə başqa cür olardı?

- Təbii ki, rəqib əlinə düşən imkanlardan yararlansaydı, hesab fərqli olardı. Gördüyünüz kimi, biz hesabı açdıqdan sonra oyunuzu xeyrimizə dəyişdik.

- Cavab matçında Henrix Mxitaryanın xidmətindən istifadə edəcəksiniz?

- Bəli, meydanda olacaq.

- Bu gün het-trik edən Obemeyanqın çıxışı barədə nə deyə bilərsiz?

- O, ilk hissədə iki, fasilədən sonra bir qol vurdu. Əsas oyunçularımızdan olan Mxitaryan bu görüşdə iştirak etmədi. Amma Obemeyanq bu yoxluğu hiss etdirmədi. Onun üçün neçə qol vurması önəmli deyil, daim çalışır ki, fərqlənsin. Marko Roys da bu gün yaxşı oyun nümayiş etdirdi.

-“Qəbələ”nin hansı oyunçusunu bəyəndiniz? Bundesliqada oynaya biləcək futbolçu gördünüzmü?

- “Qəbələ”nin cəmi 2-3 oyunun izləmişəm. Buna əsasən heç nə deyə bilmərəm. Rəqibin 10 nömrəli futbolçusunu (Dodo) qeyd edə bilərəm.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın