Menu
Geri İrəli

“Qarabağ” 14 günə 1,3 milyon qazandı

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Noyabr 2016 • Baxış sayı: 296 dəfə • Şərh yoxdur

qarabaqAvropa Liqasının qrup mərhələsində PAOK-u hər iki matçda məğlub etməyi bacaran “Qarabağ” büdcəsini xeyli yaxşılaşdırıb. “Qafqazinfo” xəbər verir ki, yunanları həm evdə, həm də səfərdə məğlub etmək ağdamlılara 720 min avro (1,3 milyon AZN) qazandırıb.

Belə ki, UEFA qrup mərhələsində qazanılan hər qələbəyə görə klublara 360 min avro mükafat verir. Bundan başqa Qurban Qurbanovun komandası ilk turda evdə “Slovan”la 2:2 hesablı heç-heçəyə görə 120 min avro qazanmışdı. Bir sözlə, son çempionun qrupdakı nəticələri 840 min avroya, yəni, 1,5 milyon manata bərabərdi. Bu məbləğ isə yeni ilin ilk ayında klubun büdcəsinə köçürüləcək.

“Qarabağ” əgər qrup mərhələsini ikinci pillədə başa vursa, bu zaman daha 250 min avro mükafat qazanacaq.

Qeyd edək ki, “Qarabağ” V turda səfərdə “Slovan”ın qonağı olacaq. Ağdamlılar qrup mərhələsinin sonuncu matçında Bakıda “Fiorentina”nı qəbul edəcək.

Onu da bildirək ki, artıq UEFA qrup mərhələsinə vəsiqə qazandığı üçün “Qarabağ”ın büdcəsinə 2,6 milyon avro pul köçürüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın