Menu
Geri İrəli

“Qarabağ” azarkeşlərinə müraciət etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Sentyabr 2017 • Baxış sayı: 123 dəfə • Şərh yoxdur
Share Button

qarabaq“Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacağı İtaliyanın “Roma” klubu ilə ev oyununu canlı izləməyə hazırlaşan azarkeşlərinə müraciət edib.

Oxu.Az xəbər verir ki, müraciət bilet satışı ilə əlaqədardır.

“Əziz azarkeşlər! Bu gündən etibarən, “Qarabağ” – “Roma” matçına vauçerinizi biletə dəyişə bilərsiniz.

Vauçer biletə dəyişilən zaman, vauçerdə qeyd olunan şəxsiyyət vəsiqəsi mütləq təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet əldə etmək mümkündür. Stadiona daxil olarkən, şəxsiyyət vəsiqənizi və sizə məxsus bileti gətirməyi unutmayın”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın