Menu
Geri İrəli

“QARABAĞ” BRAZİLİYALI YARIMMÜDAFİƏÇİ İLƏ ANLAŞDI

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Avqust 2017 • Baxış sayı: 332 dəfə • Şərh yoxdur
Share Button
59a7a324f39d2_1504126821“Qarabağ” növbəti transferini reallaşdırmağa hazırlaşır.
sumqayitxeber.com xəbər verir ki, Ağdam klubu Yunanıstanın PAOK klubunda forma geyinən Pedro Enrikenin keçidini reallaşdırmaq üzrədir. Yunanıstan mətbuatının yaydığı xəbərə görə, klublar arasında bir neçə gündü davam edən danışıqlar yekunlaşıb. Razılaşmaya görə, 27 yaşlı yarımmüdafiəçi Ağdam klubunda icarə əsasında çıxış edəcək.
Hazırda klublar arasında kiçik detallar müzakirə olunur. Əgər hər-hansı problem olmasa, “Qarabağ” klubu yeni transferini tezliklə rəsmən açıqlayacaq.
Qeyd edək ki, daha öncə “Sürix” klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə “Renn” klubundan PAOK-a keçib. Braziliyalı oyunçu Saloniki klubunda 23 oyunda 6 qol vurub.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın