Menu
Geri İrəli

“Qarabağ”-“Roma” matçının biletləri satışda – BİLETLƏRİ HARDAN ALMAQ OLAR?

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2017 • Baxış sayı: 115 dəfə • Şərh yoxdur

qarabag_1504765462Sentyabrın 7-i saat 17:00-dan etibarən “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma” ilə matçın biletləri satışa çıxarılıb.

Oxu.Az-ın məlumatına görə, ilk gündə təxminən 3000 bilet satılıb.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Satış məntəqələri:

Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası
28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərbaycan k/t yaxınlığı)
Bülbül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökumət evinin arxası)

Biletlərin qiymətləri:

VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN

Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın