Menu
Geri İrəli

“Qarabağ” -”Sumqayıt” matçının yeri dəyişdi

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Avqust 2013 • Baxış sayı: 253 dəfə • Şərh yoxdur

Topaz Premyer-Liqasının ikinci turunda bu gün keçiriləcək “Qarabağ” – “Sumqayıt” matçının yeri dəyişib. Sportarena.az  xəbər verir ki, oyun planlaşdırıldığı kimi Tofiq Bəhramov adına Respublika Stadionunda deyil, “Baksell Arena”da baş tutacaq.

Bu barədə PFL-in mətbuat katibi Aslan Şahgəldiyev saytımıza açıqlamasında məlumat verib.

Mərkəzi arenanın direktoru Akif İsmayılov isə futbol11.az-a açqılamasında qeyd edib ki, stadionun ot örtüyündə müəyyən bərpa işləri lazımdır. Odur ki,qarşılıqlı razılıq əsasında matçın “Baksell Arena”da oynanılması istənilib.

Məqsəd qazonu “Ayntraxt”la oyuna qədər ideal vəziyyətə gətirməkdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın